Valideyn olmaq yaddaşı gücləndirir
10 Fevral 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
208
09.02.2026, 20:15
Xəbər verdiyimiz kimi, sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib.
Oxu24.com Fəzail Ağamalının dosyesini təqdim edir:
Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonunun Şıxlar kəndində anadan olmuşdur. 1965-ci ildə Dəstəgird orta məktəbini bitirmişdir. 1966–1971-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1968-ci ildən, ali təhsilinin üçüncü kursundan etibarən Azərbaycana müstəqillik tələb edən "Azərbaycanın azadlığı və bütövlüyü uğrunda" gizli tələbə dərnəyinin fəal iştirakçılarından biri olmuşdur. Buradakı antisovet fəaliyyətinə görə SSRİ təhlükəsizlik orqanları tərəfindən 70-ci illərdə təqibə məruz qalmışdır.

1972-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunmuş və 1980-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır.
Həmçinin oxuyun
1971–1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim, 1973–1983-cü illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitunda kafedra müdiri vəzifəsində çalışmış, 1988-ci ildə Milli Azadlıq Hərəkatında daha fəal iştirak etmək üçün ailəsilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1988–1990-cı illərdə Dövlət İqtisad İnstitunda dosent vəzifəsində çalışmışdır. 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində dosent və professor kimi elmi fəaliyyət göstərmişdir.
Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, tarix elmləri doktoru, professor Fəzail Ağamalı Azərbaycan siyasətçisi, Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinin icraçısı (1993–1994), Azərbaycan Respublikasının Sosial Təminat nazirinin müavini (1992–1993) vəzifələrində çalışıb. (mənbə: yenisabah.az)
00:09 / 10 Fevral 2026
21
00:05 / 10 Fevral 2026
10
23:55 / 09 Fevral 2026
33
23:52 / 09 Fevral 2026
42
23:48 / 09 Fevral 2026
120
23:46 / 09 Fevral 2026
34
23:44 / 09 Fevral 2026
42
23:31 / 09 Fevral 2026
147
23:30 / 09 Fevral 2026
42
23:29 / 09 Fevral 2026
57
23:28 / 09 Fevral 2026
38
23:23 / 09 Fevral 2026
49
23:19 / 09 Fevral 2026
84
23:16 / 09 Fevral 2026
82
23:13 / 09 Fevral 2026
67
23:07 / 09 Fevral 2026
88
23:03 / 09 Fevral 2026
147
22:57 / 09 Fevral 2026
65
22:54 / 09 Fevral 2026
64
22:51 / 09 Fevral 2026
145
22:36 / 09 Fevral 2026
115
22:19 / 09 Fevral 2026
63
22:19 / 09 Fevral 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.