Əmtəə bazarlarında qızılın qiyməti artıb
14 Noyabr 2026, 09:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1214
01.02.2026, 20:40
“Kostyum geyinib, özlərini kişi kimi göstərirlər. Amma anlamırlar ki, əsil kişi qadını sosial şəbəkədə söyməz. Bu adamlarda məndə olan mərdliyin heç bir faizi də yoxdur. Akif Nağı barəmdə təhqiramiz fikirlər səsləndirib. Belə çıxır ki, o evində də bu sözlərdən istifadə edir. Əks halda o cür kəlmələr onun dilinə yad olardı”.
Oxu24.com xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında teleaparıcı Səidə Bəkirqızı Azad Vətən Partiyasının sədri Akif Nağının sosial media hesabında onu təhqir etməsindən danışarkən deyib.
O bildirib ki, keçmiş məcburi köçkünlərlə bağlı mövzunun yenidən qızışmasına səbəb aparıcı Ulvira Qarayevaya verdiyi müsahibə olub.
Orada verdiyi açıqlama cəmiyyətdə yenidən müzakirə mövzusuna çevrilib və təhqirlərə yol açıb:
“Mən həmin müsahibəni Ulvira Qarayevaya noyabr ayında vermişdim. Ulvira həmin verlişdə məcburi köçkünlər mövzusunu açıb, mənim üzərimdən özünə reytinq yığmaq istədi. Halbuki mən verilişə gələrkən çəkiliş öncəsi ondan xahiş etdim ki, bu mövzunu açmasın və bu haqda danışılmasın. O, bu xahişimə rəğmən yenə də məcburi köçkünlərlə bağlı sual verdi və mən cavablamaq məcburiyyətində qaldım. Hətta sonra da ona dedim ki, həmin hissəni çıxar. Bir də xəbər tutdum ki, Ulvira elə məhz həmin hisəni ayrıca video halında tirajlayıb.
O, anlamadı ki, mən həmin açıqlamada və ondan əvvəl də bütün məcburi köçkünləri nəzərdə tutmuram. Qarabağda ev verilməsinə rəğmən, vaxtı ilə girdiyi evlərdən çıxmayan məcburi köçkünləri nəzərdə tutmuşam. Onlara demişəm ki, Qarabağa qayıdın. Ümumiyyətlə, fikirlərim o adamlara təsir etdi ki, onun-bunun evinə girmişdi və Qarabağda ev verilsə də çıxmırdı.
Ulvira həmin verilişdə bu mövzunu yenidən qızışdırdı və özünə reytinq yığdı. Ondan sonra Akif Nağı kimi adamlar başladı məni təhqir etməyə. Halbuki, mən daim şəhid ailələrinin yanında olan, qazilərə öz cibindən dərman alan adamam. Bunu nə Ulvira, nə də Akif Nağı edib.
Akif Nağıya gəlincə isə deyirəm ki, partiyasında 5-6 nəfər adam olan birisinin nə haqqı var ki, məni təhqir etsin. Sən mənim haqqımda əxlaqsız söz deyirsənsə, deməli, elə dediyin sözlər sənə aiddir. Akif Nağı, sənin başqa işin yoxdur? İndi də sən üzərimdən reytinq yığırsan? İndi biz də çıxıb sənin haqqında bildiklərimizi danışaq?
Akif Nağı deyir ki, Səidə ermənidir. Onun özünü yoxlamaq lazımdır, emənilərlə qarışığı ola bilər. Deputat seçkilərində nə hoqqalar verirdiniz, hamıya məlumdur”.
09:46 / 14 Noyabr 2026
1
09:30 / 14 Noyabr 2026
41
09:29 / 14 Noyabr 2026
82
09:23 / 14 Noyabr 2026
80
08:09 / 14 Noyabr 2026
1092
01:15 / 14 Noyabr 2026
153
00:40 / 14 Noyabr 2026
310
00:02 / 14 Noyabr 2026
1124
23:58 / 13 Noyabr 2026
161
23:49 / 13 Noyabr 2026
161
23:40 / 13 Noyabr 2026
166
23:28 / 13 Noyabr 2026
161
23:22 / 13 Noyabr 2026
155
23:17 / 13 Noyabr 2026
418
23:09 / 13 Noyabr 2026
183
23:05 / 13 Noyabr 2026
152
23:02 / 13 Noyabr 2026
329
22:53 / 13 Noyabr 2026
162
22:49 / 13 Noyabr 2026
155
22:41 / 13 Noyabr 2026
153
22:36 / 13 Noyabr 2026
177
22:18 / 13 Noyabr 2026
160
22:13 / 13 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.