Nazirdən yeni TƏYİNAT
28 Aprel 2026, 11:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1139
29.01.2026, 10:32
Bu gün Azərbaycan ictimaiyyəti üçün acı günlərdən biridir.
Oxu24.com xəbər verir ki, 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan "MiQ-29" markalı döyüş təyyarəsi sahildən 6 km uzaqlıqda dənizə düşüb.
Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub.
Ə.Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlanıb.
1973 cü ildə Yeni Suraxanıda doğulub, qırıcı hərbi təyyarədə kapitan olub.
Təəssüf ki, bu günə qədər F. Əsgərovun meyitini tapmaq mümkün olmayıb. Məlumat üçün deyək ki, Fəxrəddin 31 yaşında ikən polkovnik-leytenant rütbəsinə yüksəlib.
Həmçinin oxuyun
Dövründə keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərmiş, Azərbaycan bayrağını Vətən səmasına çəkən ilk pilotlarımızdan olub. Həmin dövrün ən çox uçuş saatı olan pilotu olub.
Xidmət müddətində 24 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə "Hərbi xidmətlərə görə” medalı, 25 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub. Fəxrəddin Əsgərova 14 ildən sonra – 2022-ci ildə şəhidlik statusu verilib. Fəxrəddin Əsgərovun geriyə iki övladı qalıb.
İkinci MİQ-29 dəhşəti
Bu hadisədən cəmi 11 il sonra - 2019-cu il iyulun 24-ü saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Azərbaycan Müdafiə Nazirliyinin həmin il avqustun 19-da verdiyi məlumata görə, təyyarənin qara qutusu tapılıb. Bir gün sonra isə pilotun nəşi tapılıb. 2019-cu ilin 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi İkinci Fəxri xiyabanda dəfn edilib. 7 may 2021-ci ildə hərbi pilot polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.
Bu hadisədən sonra hərbi mütəxəssisləri arasında müzakirələr başladı. Bildirildi ki, MİQ-29 hərbi təyyarələri Azərbaycanın əsas döyüş təyyarələridir:” Azərbaycan bu təyyarələri müxtəlif illərdə Ukraynadan alıb. Bu təyyarələr keçmiş SSRİ-də istehsal olunurdu. Bu təyyarələr köhnəlib, bir çox ölkələr, hətta Rusiyanın özü daha modern təyyarələrin istehsalına üstünlük verir. Ona görə də son qəzadan sonra Azərbaycanda belə fikirlər səslənir ki, MİQ-29 təyyarələrindən imtina etmək lazımdır. Çünki, Azərbaycanda olan 29 təyyarədən artıq 2-si qəzaya uğrayıb. Demək qəzalar davam edə bilər. Təsadüfi deyil ki, son qəzadan sonra Azərbaycan Hərbi Hava Qüvvələri MİQ-29-un uçuşlarını dayandırıb”.
Bu gün səma qartallarımız Fəxrəddin Əsgərovun və Əfqan Aslanovun simasında bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik!
Əntiqə Rəşid
11:32 / 28 Aprel 2026
1
11:26 / 28 Aprel 2026
92
11:24 / 28 Aprel 2026
14
11:13 / 28 Aprel 2026
26
11:09 / 28 Aprel 2026
25
11:03 / 28 Aprel 2026
32
11:01 / 28 Aprel 2026
27
10:46 / 28 Aprel 2026
249
10:45 / 28 Aprel 2026
110
10:38 / 28 Aprel 2026
35
10:28 / 28 Aprel 2026
58
10:24 / 28 Aprel 2026
33
10:23 / 28 Aprel 2026
33
10:22 / 28 Aprel 2026
35
09:33 / 28 Aprel 2026
60
09:30 / 28 Aprel 2026
51
09:03 / 28 Aprel 2026
51
01:07 / 28 Aprel 2026
245
00:07 / 28 Aprel 2026
245
23:26 / 27 Aprel 2026
368
22:44 / 27 Aprel 2026
141
22:42 / 27 Aprel 2026
6095
22:42 / 27 Aprel 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.