Bəzi yerlərdə külək güclənib
14 Noyabr 2026, 11:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
820
29.01.2026, 03:57
Qalxanvari vəz boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir.
Bu vəz normada qadınlarda 20 kub. sm, kişilərdə 25 kub. sm həcmində olur və sağlam insanlarda gözlə görünmür.
Qalxanvari vəz tireoid hormonlarını hasil edir və bu hormonlar bütün orqanizmin fəaliyətinə ciddi təsir göstərir - maddələr mübadiləsini, ürək-damar, sinir sisteminin fəaliyyətini, boy artımı və orqanizmin inkişaf prosesini və s. tənzimləyir. Məhz bu səbəbdən qalxanvari vəzi ümumi hormonal sisteminin "dirijoru" adlandırırlar.
Qalxanvari vəzin gözlə görünən böyüməsinə boğaz uru deyilir ki, bunu da əksəriyyətimiz "zob" adlandırırıq.
Bəs niyə məhz "zob"? Saglamolun.az bildirir ki, bu söz rus dilində "çinədan" mənasını verir – boğaz uru olan xəstələrin boğazının ön hissəsi artaraq quşların çinədanını xatırladır. Boğaz uru müstəqil xəstəlik deyil, bu qalxanvari vəzin bir sıra xəstəliklərinin (hormonal pozulmalar, iltihab, kista) əlamətidir.
Zobun ən çox yayılmış səbəbi qəbul edilən qidada və suda yodun azlığıdır. Belə halda qalxanvari vəzin fəaliyyəti pozulur – yod çatışmazlığı zamanı qalxanvari vəz lazımi miqdarda tireoid hormonları istehsal edə bilmir.
Orqanizmi həmin hormonlarla təmin etmək üçün əlavə yoda ehtiyac yaranır. Qandan daha çox yod molekullarını "tutmaq" üçün qalxanvari vəzin həcmi böyüməyə başlayır və nəticədə zob əmələ gəlir.
Zobun bu növünə tibdə endemik diffuz ur deyilir. Azərbaycanda zob xəstəliyi yayılmış xəstəliklərdən sayılır və bunun səbəbi bəzi ərazilərimizə (xüsusilə dağ ərazilərə) xas olan yod qıtlığıdır.
Endemik diffuz ura kişilərə nisbətən qadınlarda 3-4 dəfə daha çox rast gəlinir.Saglamolun.Az
11:58 / 14 Noyabr 2026
1
11:50 / 14 Noyabr 2026
25
11:39 / 14 Noyabr 2026
50
11:32 / 14 Noyabr 2026
67
11:19 / 14 Noyabr 2026
70
11:09 / 14 Noyabr 2026
74
11:00 / 14 Noyabr 2026
90
10:58 / 14 Noyabr 2026
81
10:46 / 14 Noyabr 2026
88
10:36 / 14 Noyabr 2026
84
10:17 / 14 Noyabr 2026
79
09:59 / 14 Noyabr 2026
99
09:46 / 14 Noyabr 2026
108
09:30 / 14 Noyabr 2026
99
09:29 / 14 Noyabr 2026
122
09:23 / 14 Noyabr 2026
123
08:09 / 14 Noyabr 2026
1557
01:15 / 14 Noyabr 2026
170
00:40 / 14 Noyabr 2026
328
00:02 / 14 Noyabr 2026
1274
23:58 / 13 Noyabr 2026
191
23:49 / 13 Noyabr 2026
192
23:40 / 13 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.