Kartof bazarında nə baş verir? - Ekspert bahalaşmanın səbəblərini AÇIQLAYIR
01 Aprel 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
610
28.01.2026, 22:57
Azərbaycan kəndləri boşalır, kəndlərdən şəhərə axın edənlərin sayı sürətlə artmaqdadır. Dünya Bankının məlumatına görə, Azərbaycanda 2021-ci ildən sonra kənddən şəhərə miqrasiyanın dinamikasında artım müşahidə olunub. Həmin ildə əhalinin 51 faizi şəhərlərdə yaşayırdısa, 2024-cü ildə bu göstərici 58 faizdən çox olub.
Azərbaycanda 4200-dən çox kənd var. Onların arasında elə kəndlər var ki, orada bir nəfər, ya da bir ailə yaşayır. Rəsmi açıqlamalara görə, İsmayıllı, Neftçala və Xızının bəzi kəndlərində 1–5 nəfər yaşayır. Təxminən 130 kəndin əhalisi isə 50 nəfərdən azdır.
Kəndlər niyə boşalır? İşləmək, həyat səviyyəsini yüksəltmək üçün paytaxta üz tutan kəndlini şəhərdən kəndinə necə qaytarmaq olar?
Oxu24.com xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli açıqlamasında bildirib ki, kəndlərin boşalmasının obyektiv və subyektiv səbəbləri var:
“Bu tendensiya dünyada da var. İnsanın şəhərdə yaşamaq istəyi onun seçimidir. Orada hər hansı qadağa yoxdur. Dədə-babası kənddə yaşayıb deyə, övladları da kənddə yaşamalıdır kimi bir anlayış yoxdur. Bu ona oxşayır ki, ata dəmirçidirsə, sən də dəmirçi, yaxud da çobandırsa, sən də mütləq çoban olmalısan. Məsələn, İtaliyanı götürək – başdan-başa gözəllikdir. “Ağıllı kənd”, “ağıllı şəhər” layihələri ilk dəfə Avropada, İtaliyada yaranıb. Ona görə yaranıb ki, zamanla orada kənddən şəhərə axın çox olub. Fikirləşiblər, necə edək ki, insanlar kənddən şəhərə axın etməsin. Yəni demək istəyirəm ki, kənddən şəhərə axın təkcə Azərbaycanla bağlı deyil”.
Həmçinin oxuyun
Xalid Kərimlinin sözlərinə görə, gənclər əyləncə olan yerə axın edir:
“Bunu da hər kənddə yaratmaq olmur. İnsanlar yaxşı infrastruktur, əyləncəli həyat, sosial xidmətlər istəyir. Bunların hər birinin kənddən şəhərə axında təsiri var. Dövlət idarələri, həyat eşqi şəhərdədir. Universitetdə oxuyanda əlaqələr formalaşır, artıq şəhərdə qalmağa qərar verir. Bəziləri var ki, şəhəri bəyənmir, üz tuturlar Rusiyaya, Almaniyaya və s. Bu gün Bakını bəyənməyib Almaniyaya gedənlərin sayı daha çoxdur. Bu, birbaşa gənclərin öz seçimi ilə olan məsələdir. O vaxt kəndlərdə kolxoz, sovxoz vardı, gənclər orada işləyirdi. Bu gün gənclər kənddə qalmaq istəmir. İkincisi, məcburi səbəblər sırasında iş yerlərinin olmaması yer tutur, iqtisadi vəziyyət o qədər də yaxşı deyil. Ona görə də yaxşı həyat arzulayan gənclər şəhərə işləməyə gəlirlər. Üçüncü səbəb – universitetlər Bakıdadır.
Dördüncüsü, insanların mütləq kəndlərdə qalmalı olduğu anlayışı doğru deyil. Məsələn, Rusiya əhalisinin əhəmiyyətli hissəsi ölkənin qərbində yaşayır. Şərqində və cənubunda demək olar ki, əhali yaşamır. Yəni insanların kənddən şəhərə axınını vahiməli şəkildə təqdim etməyə ehtiyac yoxdur”.
Xalid Kərimli hesab edir ki, yeni iqtisadi münasibətlərdə kəndlər boşalacaq, böyüyəcək və şəhərləşmə gedəcək kimi məsələlər ortaya çıxacaq:
“Ona görə də hesab edirəm ki, ölkənin inzibati ərazi bölgüsü yenidən işlənməlidir, rayonların sayı azalmalıdır”. /Qaynarinfo/
00:42 / 01 Aprel 2026
10
23:59 / 31 Mart 2026
28
23:49 / 31 Mart 2026
34
23:39 / 31 Mart 2026
37
23:19 / 31 Mart 2026
135
23:04 / 31 Mart 2026
44
23:02 / 31 Mart 2026
45
23:00 / 31 Mart 2026
42
22:54 / 31 Mart 2026
53
22:40 / 31 Mart 2026
51
22:30 / 31 Mart 2026
78
22:25 / 31 Mart 2026
63
22:20 / 31 Mart 2026
125
22:11 / 31 Mart 2026
432
22:10 / 31 Mart 2026
158
22:08 / 31 Mart 2026
48
22:04 / 31 Mart 2026
47
21:59 / 31 Mart 2026
45
21:59 / 31 Mart 2026
171
21:58 / 31 Mart 2026
44
21:50 / 31 Mart 2026
136
21:40 / 31 Mart 2026
137
21:30 / 31 Mart 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.