Ölənlər və yarlılar bunlardır: SİYAHI +FOTOLAR
25 Mart 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2878
23.01.2026, 19:58
"Sektorlar üzrə minimal əməkhaqqının tətbiqi bəzi şəxslərin maaşlarında artıma səbəb olacaq".
Oxu24.com xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Azərbaycanda sektorlar üzrə minimum əməkhaqqının müəyyənləşdirilməsi təklifini şərh edərkən deyib.
O bildirib ki, sözügedən məsələnin tətbiqi ilə bağlı təklif sektorlar arasındakı maaş fərqləri ilə əlaqədardır:
"Ölkə üzrə ortaaylıq əməkhaqqı 1 100 manatdır. Lakin bəzi müəssisələrdə ortaaylıq maaş bu rəqəmdən üç-dörd dəfə çoxdur. Fərqlər çox olduğuna görə sektorlar üzrə minimal əməkhaqqının müəyyənləşdirilməsinə ehtiyac var. Minimum əməkhaqqı ilə ortaaylıq maaş arasında ciddi fərq mövcuddur. Həmin sektorda ortaaylıq maaş kifayət qədər yüksəkdirsə, oradakı minimum əməkhaqqının da dəyişdirilməsinə ehtiyac yaranır. Lakin əgər ortaaylıq maaş respublika üzrə ortaaylıq əməkhaqqına bərabərdirsə və ya ona yaxındırsa, o zaman minimal orta maaş tətbiq olunmalıdır.
Bunun faydası ondan ibarətdir ki, yüksək maaş ödənilən müəssisələrdə aşağı əməkhaqqı alanların gəlirlərində artım baş verəcək. Sözügedən məsələ maaş diskriminasiyasının aradan qalxmasına səbəb olacaq".
Həmçinin oxuyun
Deputat vurğulayıb ki, bəzi qurumlarda eyni vəzifə üzrə çalışan şəxslərin maaşları bir-birindən fərqlənir:
"Bu çərçivədə Vahid Tarif Cədvəlinin yenidən təsdiqi dövlət sektorunda maaşların optimallaşdırılmasına gətirib çıxaracaq, eyni zamanda, oxşar vəzifələr arasında mövcud olan maaş uçurumunu aradan qaldıracaq".
İqtisadçı ekspert Xalid Kərimli isə Oxu.Az-a açıqlamasında bu addımın doğru olmadığını deyib. O vurğulayıb ki, saathesabı əməkhaqqının tətbiqi daha faydalıdır:
"Sektorlar üzrə maaşların tətbiqi praktik olaraq əhəmiyyətsizdir və ciddi təsiri olmayacaq. Bu, bazara lazımsız müdaxiləyə gətirib çıxaracaq. Onsuz da, elə sektorlar var ki, orada minimal ortaaylıq əməkhaqqı daha yüksəkdir. Bazarda əməkhaqqını iqtisadiyyat, əmək bazarı, iş yerləri və kadrlara olan tələbat tənzimləyir. Digər dəyişikliklər isə absurddur və mən bunun qəti əleyhinəyəm. Hazırda Vahid Tarif Cədvəli təkmilləşdirilir və buna ehtiyac olduğu üçün baxılır. Yeni cədvəl mövcud reallıqları əks etdirəcək".
11:05 / 25 Mart 2026
3
10:48 / 25 Mart 2026
28
10:32 / 25 Mart 2026
212
10:28 / 25 Mart 2026
35
10:22 / 25 Mart 2026
42
10:11 / 25 Mart 2026
38
10:07 / 25 Mart 2026
39
10:05 / 25 Mart 2026
48
09:53 / 25 Mart 2026
70
09:49 / 25 Mart 2026
51
09:41 / 25 Mart 2026
52
09:36 / 25 Mart 2026
55
09:32 / 25 Mart 2026
491
09:21 / 25 Mart 2026
225
09:15 / 25 Mart 2026
257
09:06 / 25 Mart 2026
169
08:18 / 25 Mart 2026
76
08:09 / 25 Mart 2026
541
08:05 / 25 Mart 2026
102
00:58 / 25 Mart 2026
406
00:44 / 25 Mart 2026
406
00:25 / 25 Mart 2026
262
00:23 / 25 Mart 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.