Qənimətlə Tural Trampa 1 milyardı necə verdilər?
22 Yanvar 2026, 21:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
87
22.01.2026, 18:29
Binəqədi rayonu Azadlıq prospektində yerləşən “Hollywood” restoranında kütləvi dava olub.
Oxu24.com xəbər verir ki, hadisə yanvarın 18-də şou-biznes nümayəndələrinə yaxınlığı ilə tanınan prodüser Kənan Məmmədovun ad günü məclisində qeydə alınıb.
Məclisdə iştirak edən Adel adlı tiktoker naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb.
Bildirilir ki, tiktokeri döyənlər adı müxtəlif qalmaqallarda hallanan və barəsində Binəqədi Rayon Polis İdarəsi tərəfindən bir neçə dəfə restoranlarda baş verən dava-dalaşlarla əlaqədar tədbir görülmüş iş adamı Bilal Əlizadə və onun yaxın çevrəsi olub.
Bilal Əlizadə “Star Baku”, “Burju Baku”, “Show Baku”, “Badra Baku”, “Tempo Club” restoranlar şəbəkəsinin rəhbəri kimi tanınır.
Həmçinin oxuyun
Məlumata görə, insident mübahisə zəminində baş verib. Belə ki, Bilal Əlizadə məclisdə iştirak edən qadınlardan birinə yaxınlaşaraq ona qızıl hədiyyə təqdim edib. Bundan sonra tiktoker Adel ona yaxınlaşaraq mübahisə edib. Bu zaman dava düşüb. Bilal Əlizadənin masasında əyləşən bloqer Ümid Kərimbəyli və Rəşad adlı şəxs Adelə fiziki zorakılıq tətbiq edərək ona xəsarət yetiriblər.
Məşhur iş adamı Şərurlu İsfəndiyara məxsus olan restoranın rəhbərliyi tərəfindən hadisə yerinə polis əməkdaşları çağırılıb.
DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, paytaxtın Binəqədi rayonunda yerləşən restoranların birində insident baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında təhqiqat araşdırmalarına başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək. (Qafqazinfo.az)
21:42 / 22 Yanvar 2026
4
21:42 / 22 Yanvar 2026
8
21:40 / 22 Yanvar 2026
10
21:24 / 22 Yanvar 2026
281
21:23 / 22 Yanvar 2026
26
21:19 / 22 Yanvar 2026
33
21:19 / 22 Yanvar 2026
36
21:09 / 22 Yanvar 2026
43
20:55 / 22 Yanvar 2026
73
20:52 / 22 Yanvar 2026
44
20:32 / 22 Yanvar 2026
69
20:16 / 22 Yanvar 2026
221
20:15 / 22 Yanvar 2026
59
20:07 / 22 Yanvar 2026
325
20:04 / 22 Yanvar 2026
139
19:53 / 22 Yanvar 2026
796
19:35 / 22 Yanvar 2026
78
19:30 / 22 Yanvar 2026
68
19:29 / 22 Yanvar 2026
61
19:18 / 22 Yanvar 2026
63
19:09 / 22 Yanvar 2026
78
19:07 / 22 Yanvar 2026
59
18:59 / 22 Yanvar 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.