Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
14 Noyabr 2026, 15:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
857
22.01.2026, 21:19
Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasına yeni müdir seçimi həyata keçirilib. 2026-cı ilin 22 yanvar tarixində MDU-nun İqtisadiyyat və idarə etmə fakültəsinin Elmi Şurasının iclasında keçirilən səsvermənin nəticələrinə əsasən Zeynalova Zivər Zeynal qızı İqtisadiyyat kafedrasının müdiri vəzifəsinə seçilib.
Oxu24.com Yenisabah.az-a istinadən xəbər verir ki, bununla bağlı Universitetin rektoru Anar Eminov əmr imzalayıb.
Qeyd edək ki, Zeynalova Zivər ali təhsilinin bakalavr pilləsini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində başa vurmuşdur. Fəlsəfə doktoru elmi dərəcəsini Türkiye ve Orta Doğu Amme İdarəsi İnstitutunda almışdır.
Doktorantura təhsili müddətində Türkiyə ilə yanaşı, Kanadanın Karlton Universitetində fiskal siyasət və vergitutmanın sosial təsirləri üzrə müqayisəli elmi tədqiqatlar aparmışdır. Türkiyədə verilmiş elmi dərəcə təkrar attestasiya əsasında tanınaraq “Dünya iqtisadiyyatı” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsinə ekvivalent sayılmışdır. Hazırda “Texnoloji innovasiyalar iqtisadiyyatı” istiqaməti üzrə elmlər doktoru proqramında tədqiqatçı kimi elmi fəaliyyətini davam etdirir.
Z. Zeynalovanın elmi-pedaqoji fəaliyyəti beynəlxalq elmi mühitlə sıx inteqrasiya olunmuşdur. O, Kanada, Türkiyə, İspaniya, Çin və digər ölkələrdə həyata keçirilən elmi tədqiqat proqramlarında, beynəlxalq seminar və ixtisasartırma təlimlərində iştirak etmiş, müasir tədris metodları və elmi yanaşmalar üzrə bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirmişdir. Xaricdə əldə etdiyi akademik təcrübə onun elmi-pedaqoji fəaliyyətində innovativ yanaşmaların tətbiqinə geniş imkanlar yaratmışdır. 4 dərs vəsaiti, 4 kollektiv monoqrafiya və 100-dən çox elmi tədqiqatın müəllifidir.
15:45 / 14 Noyabr 2026
5
15:27 / 14 Noyabr 2026
163
15:25 / 14 Noyabr 2026
67
15:07 / 14 Noyabr 2026
129
15:05 / 14 Noyabr 2026
90
14:44 / 14 Noyabr 2026
113
14:31 / 14 Noyabr 2026
85
14:24 / 14 Noyabr 2026
377
14:19 / 14 Noyabr 2026
93
14:15 / 14 Noyabr 2026
90
14:09 / 14 Noyabr 2026
219
13:50 / 14 Noyabr 2026
1986
13:48 / 14 Noyabr 2026
120
13:16 / 14 Noyabr 2026
117
13:03 / 14 Noyabr 2026
104
12:49 / 14 Noyabr 2026
129
12:25 / 14 Noyabr 2026
121
12:09 / 14 Noyabr 2026
131
11:58 / 14 Noyabr 2026
127
11:50 / 14 Noyabr 2026
112
11:39 / 14 Noyabr 2026
108
11:19 / 14 Noyabr 2026
131
11:09 / 14 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.