Mayda pensiya gözləyənlərə XƏBƏR
11 May 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
559
22.01.2026, 17:00
Gəncə Dövlət Universitetində (GDU) 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına ictimai baxış məqsədilə mediatur təşkil edilib.
Oxu24.com xəbər verir ki, Mediaturda Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi” və “Novosti Gyanja” qəzetlərinin məsul əməkdaşları, digər kütləvi informasiya vasitələrinin nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbə valideynləri iştirak ediblər.
Əvvəlcə iştirakçılara imtahan prosesinin təşkili və keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, “2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrin tələbləri nəzərə alınmaqla bütün texniki və təşkilati işlər vaxtında icra olunub. İmtahan prosesinə kənar müdaxilənin qarşısının alınması və tələbələrin biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb, auditoriyalar müasir müşahidə kameraları ilə təchiz edilib.
Qeyd olunub ki, imtahanların keçirilməsinə dair təlimat hazırlanaraq Gəncə Dövlət Universitetinin rəsmi internet saytında (gdu.edu.az) yerləşdirilib. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin olunması məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, payız semestrinin imtahan sessiyasında “Ultra” şirkəti ilə bağlanmış müqaviləyə əsasən “EduMan Platforması”nın elektron jurnal, elektron imtahan idarəetmə və digər modulları mərkəzləşdirilmiş formada tətbiq olunur. Eyni zamanda, Test İmtahan Sisteminin işlənib hazırlanması üzrə texniki tapşırığa uyğun olaraq “Elektron İmtahan Sistemi” proqramında imtahan prosesində istifadə olunan sual və test bazası, imtahan cədvəlləri və keçirilmiş imtahanlara dair məlumatlar saxlanılır.
Daha sonra mediatur iştirakçıları auditoriyalarda imtahanların gedişini yaxından izləyib, həmçinin imtahan prosesinə nəzarət üçün xüsusi monitorlarla təchiz olunmuş müşahidə otağı ilə tanış olublar.
Sonda mediatur iştirakçıları imtahanların təşkili və keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Tələbə valideynləri isə imtahanlarda obyektivliyin və şəffaflığın təmin olunmasına, imtahanların ədalətli şəkildə təşkilinə görə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova təşəkkürlərini bildiriblər.
11:53 / 11 May 2026
1
11:43 / 11 May 2026
79
11:18 / 11 May 2026
30
11:07 / 11 May 2026
134
11:05 / 11 May 2026
44
10:59 / 11 May 2026
305
10:53 / 11 May 2026
46
10:46 / 11 May 2026
382
10:42 / 11 May 2026
64
10:41 / 11 May 2026
54
10:38 / 11 May 2026
45
10:23 / 11 May 2026
331
10:21 / 11 May 2026
56
10:20 / 11 May 2026
48
10:18 / 11 May 2026
45
09:48 / 11 May 2026
69
09:45 / 11 May 2026
56
00:40 / 11 May 2026
357
00:29 / 11 May 2026
217
00:17 / 11 May 2026
404
23:54 / 10 May 2026
390
23:46 / 10 May 2026
383
22:48 / 10 May 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.