Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı - VİDEO
18 Aprel 2026, 00:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
598
19.01.2026, 22:39
Tanınmış amerikalı həkim, alim, Angiogenez Assosiasiyasının yaradıcısı Vilyam Linin işləyib hazırladığı qidalanma sisteminin köməyi ilə onkoloji xəstəliklərin inkişaf riskini azaltmaq mümkündür.
Oxu24.com tibb saytlarına istinadla xəbər verir ki, Li onkologiya ilə mübarizədə ən effektli vasitə ərzaq məhsullarını hesab edir. Buraya xeyli növ meyvə, tərəvəz, daha sonra ağartı məhsullarından və tərəvəzlərdən hazırlanmış yeməklər daxildir.
Li özünün “xərçəngə qarşı pəhriz”ini “Eat to Beat Disease: The New Science of How Your Body Can Heal Itself” (“Xəstəliyə qalib gəlməkdən ötrü yeyin: sizin bədəninizin özünü necə sağaltması barədə yeni elm”) adlı kitabında təqdim edib.
Müəllif əsasən tərkibində faydalı minerallar, o cümlədən orqanizmdə mutasiya prosesini dayandıran likopinin olduğu pomidoru; həmçinin xeyli faydalı xüsusiyyətlərə malik olan turş kələmi; soyanı, giləmeyvələri və yaşıl çayı əsas tərəvəz hesab edir.
Həmçinin oxuyun
Li öz pəhrizində yoqurta (qatıq) və kimçiyə - Koreya ədviyyatları qatılmış, əsasən Pekin kələmindən hazırlanan Koreya yeməyinə xüsusi yer ayırıb.
Bundan başqa, Li düzgün qidalanmada qoz-fındığın, giləmeyvənin və kartofun əsas rolundan yazır. O, həmçinin öz kitabında almaya, xüsusən alma sidrinə (alma şərabı) böyük yer ayırır.
O, kitabında bu və ya digər ərzaqdan nə üçün istifadə olunmasını başa salır, həmçinin daha çox tərəvəz qəbulunun zəruriliyindən bəhs edir.
“Bizim genetik taleyimiz doğulmaq faktı ilə qabaqcadan müəyyən edilməyib. Genom özü dəyişməz olaraq qalmaqdadır, lakin müəyyən genlər ətraf amillərin təsiri altında dəyişmək qabiliyyətini saxlamaqdadır. Yəni hər şey sənin nə yediyindən, hansı havanı udmağından asılıdır...”, - deyə Li yazır.Publika.az
00:43 / 18 Aprel 2026
7
00:02 / 18 Aprel 2026
52
23:45 / 17 Aprel 2026
47
23:43 / 17 Aprel 2026
255
23:41 / 17 Aprel 2026
44
23:39 / 17 Aprel 2026
172
23:35 / 17 Aprel 2026
156
23:29 / 17 Aprel 2026
73
23:10 / 17 Aprel 2026
251
23:07 / 17 Aprel 2026
685
22:40 / 17 Aprel 2026
153
22:31 / 17 Aprel 2026
71
22:24 / 17 Aprel 2026
1706
22:21 / 17 Aprel 2026
93
22:21 / 17 Aprel 2026
53
22:19 / 17 Aprel 2026
46
22:12 / 17 Aprel 2026
67
22:08 / 17 Aprel 2026
82
21:59 / 17 Aprel 2026
68
21:57 / 17 Aprel 2026
52
21:51 / 17 Aprel 2026
61
21:48 / 17 Aprel 2026
196
21:34 / 17 Aprel 2026
59
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.