Uşağı hazırlığa gedən valideynlərə PİS XƏBƏR: Yeni şərt nələri DƏYİŞƏCƏK?
23 May 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
771
05.11.2025, 23:59
İqtisadçı deyir ki, limitlər aylıq hesablansa, qiymətlər artacaq; ""Aşağı qiymət"i belə indiki orta qiymət səviyyəsində hesablamaq istəyirlər"
Azərbaycanda qaz və elektrik enerjisində olduğu kimi, su təchizatı xidmətlərində də diferensiallaşdırılmış tariflərin tətbiqi gündəmdədir. Yada salaq ki, qaz və elektrik enerjisi üzrə artıq sabit tarif mexanizmi qüvvəyə minib. Suda da eyni qaydada diferensial qiymət mexanizminin tətbiqi gözlənilir. Hazırda qaz üçün limit 1200 kubmetrdir və bu, nəzərdə tutulan illik limitdir. Elektrik enerjisində isə aylıq minimal limit 300 kVt/saat təşkil edir. İçməli suyun 1 kubmetri əhali üçün 70 qəpik, kanalizasiya xidməti isə 30 qəpikdir. Yəni kanalizasiya sistemi olan ev təsərrüfatlarında suyun hər kubmetrinə görə 1 manat ödəniş edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov da Modern.az-a deyib ki, yuxarı, orta və aşağı limitlər müəyyənləşdirilməlidir. Belə olduqda tarif artımı hamıya eyni dərəcədə təsir etməyəcək. Aşağı limitdə artım daha az olacaq: “Məsələn, ən aşağı əhali qrupu üçün gələcəkdə nəzərdə tutulan limitin 70 qəpik qalması mümkündür və bu, illik 30-40 ton su sərfiyyatına hesablanacaq. Hazırda adambaşına orta hesabla aylıq 5 ton su istifadə olunur. Sudan az istifadə edən az, çox istifadə edən isə daha çox ödəyəcək. Bu da sosial ədaləti təmin edən yanaşmadır. Məsələn, həyət evləri və bağ evlərində su sərfiyyatı çox olur. Belə evlərdə bir neçə sanitar qovşağı, hovuz, ya da geniş yaşıllıq sahələri olur. Ədalətli yanaşma isə ondan ibarətdir ki, belə evlərdə yaşayanlar daha artıq su istifadəsinə görə daha çox ödəniş etsinlər”.
Həyət evlərində yaşayanların hamısı imkanlı deyil. Suya qənaət vacibdir, amma bu ancaq qiymət artımı ilə mümkündür?
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, istər diferensiallaşma olsun, istər olmasın, hökumət qiymətləri artırır: “Bu artımın müxtəlif izahları var. Qiyməti artıran qurumun yaxşı idarəçiliyinə dair birmənalı fikir yoxdur. Əgər hər hansı bir qurum effektiv işləmirsə, korporativ idarəetmə prinsiplərinə əməl etmir, hesabatlı deyilsə və resursların səmərəli idarə olunması istiqamətində ciddi səylər göstərmirsə, onun məhsulunun maya dəyəri və tələb etdiyi qiymət cəmiyyətdə suallar doğurur. Cəmiyyət haqlı olaraq düşünür ki, bu qurumların rəhbərləri milyarder olurlar - bəs bu pullar haradandır? Təbii ki, həmin qurumlar xərcləri şişirtməklə bunu edə bilirlər. Qiymət artımı populist qərar deyil, əksinə, insanların cibindən daha çox vəsait çıxması deməkdir. Dövlət müəssisələrinin rəhbərləri cəmiyyətin gözü qarşısındadır, sonradan onların var-dövlət sahibi olması məlum olur. Bu da məsələnin digər tərəfidir”.
İqtisadçı limitlərin tətbiq olunması haqda da danışıb: “Hazırda suyun qiyməti 30-70 qəpikdir, kanalizasiya xidməti olduqda isə 1 manat təşkil edir. Bəs diferensiallaşdırılmış qiymət artımı nə deməkdir? Bu, aşağı limitdə daha ucuz, yuxarı limitdə isə daha baha qiymətlərin tətbiq edilməsi deməkdir. Hazırda hamı orta qiymət ödəyir. Diferensiallaşma tətbiq olunduqda, aşağı sərfiyyat üçün qiymət daha ucuz, orta sərfiyyat üçün təxminən indiki səviyyədə, yüksək sərfiyyat üçün isə daha baha olmalıdır. Lakin indi elə vəziyyət yaranıb ki, "aşağı qiymət"i belə indiki orta qiymət səviyyəsində hesablamaq istəyirlər. Başqa sözlə, qiymət artımı nəzərdə tutulur".
Xalid Kərimli qeyd edir ki, diferensiallaşma, yəni limitlərin tətbiqi əslində müsbət addımdır: “Daha çox istifadə edənlərin daha yüksək tarif ödəməsi həm sosial ədalət baxımından doğrudur, həm də qənaətə sövq edir. Deyilə bilər ki, hamının imkanı eyni deyil. Əgər imkan azdırsa, qənaət etmək lazımdır. Limitləşmə insanları qənaətcil olmağa və resurslardan səmərəli istifadəyə təşviq edir. Ən həssas məqam isə limitlərin necə tətbiq ediləcəyidir - aylar üzrə, yoxsa il üzrə? Əgər illik limit tətbiq olunsa, insanlar xərclərini daha yaxşı planlaya biləcəklər. Amma aylıq limit qoyularsa, xüsusilə yay aylarında xərclər daha çox arta bilər. Məsələn, işıq üçün limit aylıq, qaz üçün isə illik müəyyənləşdirilib. Ümumilikdə, diferensiallaşma həm ədalətli, həm də səmərəliliyi artıran, qənaətə təşviq edən proqressiv addımdır”.
Sosioloq Elçin Bayramlı deyir ki, suyun uçotdankənar obyektlərə verilməsi, düzgün olmayan idarəetmə nəticəsində dağıdılması, su fondlarının bərabər paylaşdırılmaması, yaşıllıqların suvarılmasında çox ciddi su itkisinə yol verilməsi, bu kimi süni problemlər suyun maya dəyərini artırır: “Müxtəlif bəhanələr gətirirlər ki, əhali sudan qənaətlə istifadə etmir. Amma bu, tamamilə yanlışdır. Heç kəs dəli deyil ki, suyu lüzumsuz yerə istifadə edə və artıq pul ödəyə. Yaxşı olar ki, aidiyyəti qurumlar su itkilərinin qarşısını alsınlar. İndiyə qədər ayrılan milyardlarla vəsaitin hesabatını versinlər. Niyə ölkədə dövlət büdcəsindən, xarici fondlardan ən çox pul alan təşkilat bunlar olduğu halda, bu sahədə vəziyyət daha da pisləşir? Davamlı şəkildə suyun qiyməti bahalaşdırılır. Problem də xalqın boynuna qoyulur.
Faktiki surətdə istənilən formada sübut etmək mümkündür ki, bu qədər itki, bu qədər vəsait vətəndaşların problemi deyil. Əhali onsuz da suyu qənaətlə işlədir. Yaxşı olardı ki, Hesablama Palatası orada audit keçirsin. Xüsusi şirkətlərə, müəssiələrə, iri təsərrüfatlara, bahalı villalara çox vaxt sayğacsız verilən limitsiz su biabırçılığının qarşısı alınmalıdır. Belə obyektlər ağlagəlməz miqdarda su israf edir və bunun üçün çox az pul ödəyirlər. Ölkədəki astronomik su “itkisinin” qarşısı alınsa, suyun idarəedilməsinə peşəkar yanaşılsa, maya dəyəri dəfələrlə aşağı düşər, hətta içməli suyun qiymətini 2 dəfə ucuzlaşdırmaq mümkündür. Faktiki olaraq qonşu ölkələrdə suyun qiyməti bizdən xeyli ucuzdur. Su sektoruna ayrılan vəsaitlər digər sahələrin hamısından çoxdur. Son dövrdə bu sahəyə milyardlarla pul ayrılıb. İndi cavab versinlər - bu pullar hara, nəyə, necə xərclənib, niyə vaxtında lazımi tədbirlər görülməyib ki, 21-ci əsrdə Bakıda su qrafiklə verilir. Hələ mən bu suyun həcmindən danışıram, keyfiyyətindən yox. Keyfiyyət tamam ayrı mövzudur və daha böyük problemdir..."
14:55 / 23 May 2026
144
14:53 / 23 May 2026
61
14:51 / 23 May 2026
57
11:44 / 23 May 2026
78
11:41 / 23 May 2026
100
11:40 / 23 May 2026
81
10:08 / 23 May 2026
147
01:03 / 23 May 2026
264
00:16 / 23 May 2026
554
00:09 / 23 May 2026
495
00:06 / 23 May 2026
255
00:04 / 23 May 2026
190
00:00 / 23 May 2026
476
23:49 / 22 May 2026
175
23:45 / 22 May 2026
633
23:43 / 22 May 2026
426
23:38 / 22 May 2026
317
23:30 / 22 May 2026
271
23:30 / 22 May 2026
159
23:19 / 22 May 2026
180
23:18 / 22 May 2026
203
23:14 / 22 May 2026
216
23:02 / 22 May 2026
1024
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.