İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
25 May 2026, 09:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1218
18.10.2025, 18:24
Dövlətə xəyanət və digər, xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin ailə üzvləri də istintaq nəzarəti altına alınıb və onların ölkədən çıxışına məhdudiyyət qoyulub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu addım R. Mehdiyevin cinayət yolu ilə əldə etdiyi gəlirlər hesabına yaxınlarının da əhəmiyyətli maliyyə imkanlarına sahib olması ilə bağlı araşdırmalar çərçivəsində atılıb.
“Boz kardinal” uzun illər dövlət strukturundakı nüfuzundan istifadə edərək müxtəlif kommersiya fəaliyyətlərinə nəzarət edib. Həmin dövrdə onun qohumlarının adına milyonlarla manat dəyərində mənzillər, villalar və şirkət payları rəsmiləşdirilib. Son günlər bu əmlakların kiçik bir qismi mediada da ictimailəşib.
Ramiz Mehdiyevə qarşı irəli sürülən əsas ittihamlardan biri Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsidir. Qanunvericiliyə əsasən, çirkli pullarla qazanılmış əmlaklar məhkəmə qərarı ilə dövlət nəfinə müsadirə edilir. Hökmə qədər isə əmlak üzərinə həbs qoyulur.
Hazırkı ibtidai istintaq dövründə Mehdiyevin ailə üzvlərinin maliyyə əməliyyatlarını da araşdırır. Bu əsasla da həyat yoldaşı Qalina Mehdiyeva, oğlu – fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına da “stop” qoyulub.
Bu qərar həm ölkə daxilində, həm də xaricdə yerləşən daşınmaz əmlakları ilə bağlı hər hansı hərəkətin (satılma, başqa şəxsin adına rəsmiləşdirmə) qarşısını almaq məqsədi daşıyır.
Eyni zamanda ortaya çıxa biləcək yeni faktlar əsasında Mehdiyev ailəsinin də dindirilməsi ehtimal edilir ki, bu da “stop” qadağasının tətbiqinə əlavə səbəblərdən biri kimi göstərilir.
09:46 / 25 May 2026
5
09:30 / 25 May 2026
51
09:18 / 25 May 2026
49
08:55 / 25 May 2026
231
08:45 / 25 May 2026
81
08:43 / 25 May 2026
57
08:25 / 25 May 2026
379
08:20 / 25 May 2026
63
00:05 / 25 May 2026
213
00:01 / 25 May 2026
357
00:01 / 25 May 2026
2136
23:58 / 24 May 2026
391
23:36 / 24 May 2026
582
23:32 / 24 May 2026
1260
23:23 / 24 May 2026
233
23:13 / 24 May 2026
309
23:13 / 24 May 2026
892
23:03 / 24 May 2026
364
22:43 / 24 May 2026
134
22:18 / 24 May 2026
140
22:04 / 24 May 2026
573
21:40 / 24 May 2026
210
21:39 / 24 May 2026
1783
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.