İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
25 May 2026, 09:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
688
18.10.2025, 17:34
Bu il Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 34-ci ildönümüdür. 34 il əvvəl, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək bütün dünyaya Azərbaycanın demokratik və dünyəvi dövlət olduğunu bəyan etdi. 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyi əbədi və dönməz etdi. H.Əliyev ölkədəki hərc-mərcliyi, iqtisadi, siyasi gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası yeni inkişaf xəttini tutdu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.
2022-ci ilin 15 oktyabrında Milli Məclis prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi.
Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.
Demokratik dəyərlər dövlət siyasətinin mahiyyətini müəyyən edən əsas meyarlardan biri kimi müəyyən olundu. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir.
Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır.
Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan sosial dövlətə çevrilmişdir. Bunun nəticəsində insanlarımız rifah içində yaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur. Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir.
Çünki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində bunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni uğurlara nail olacaq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində irəliləyəcəkdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Osman Azadoğlu
09:46 / 25 May 2026
5
09:30 / 25 May 2026
51
09:18 / 25 May 2026
49
08:55 / 25 May 2026
231
08:45 / 25 May 2026
81
08:43 / 25 May 2026
57
08:25 / 25 May 2026
379
08:20 / 25 May 2026
63
00:05 / 25 May 2026
213
00:01 / 25 May 2026
357
00:01 / 25 May 2026
2136
23:58 / 24 May 2026
391
23:36 / 24 May 2026
582
23:32 / 24 May 2026
1260
23:23 / 24 May 2026
233
23:13 / 24 May 2026
309
23:13 / 24 May 2026
892
23:03 / 24 May 2026
364
22:43 / 24 May 2026
134
22:18 / 24 May 2026
140
22:04 / 24 May 2026
573
21:40 / 24 May 2026
210
21:39 / 24 May 2026
1783
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.