SON DƏQİQƏ! Səhər saatlarında zəlzələ oldu
25 May 2026, 08:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2265
18.10.2025, 22:52
Son vaxtlarda sosial şəbəkələrdə əxlaqsızlığı,bayağılığı,cinayəti təbliğ edən şəxslərə qarşı tədbirlər görülməkdə davam edir.
Qeyd edilən silsilə tədbirlərin nəticəsi olaraq “Tiktok” da və digər sosial şəbəkələrdə nalayiq ifadələr istifadə edənlərin sayı xeyli azalıb.Bu şəbəkələr üzərində nəzarət olduğundan istifadəçilər bir növ cəzadan çəkinirlər.
Oxu24.com xəbər verir ki,bu yolu seçən bir sıra sosial şəbəkə istifadəçiləri özlərinə yeni məkan tapıblar. Bu proqram “Bigo Live” adlanır. Bu barədə saytımıza bir neçə şəxs müraciət edərək şikayətlərini bildiriblər.
Sayta müraciət edən X.Y adlı xanım bildirib ki, sözügedən sosial şəbəkədə canlı yayımlara çıxan Tural Talıblı adlı şəxs istifadəçiləri açıq söyüşlərlə təhqir və təhdid edir. Sözügedən şəxs bu sosial şəbəkənin polis nəzarətindən kənar olmasından pərvazlanaraq bu addımı atır.
Bununla bağlı saytımıza bir neçə video görüntü də təqdim olunub.Sözügedən videoda mətbuatda səsləndiirlməsi mümkün olmayan ifadələr olduğu üçün təqdim edə bilmədik.
Bəs,bu şəbəkə haradan idarə olunur?Nəzarət niyə yoxdur?
Araşdırmamız zamanı məlum oldu ki,sözügedən proqram Rusiya və Sinqapurun birgə nəzarətində olan sosial şəbəkədir.Bir sıra ölkələr burada açıq pornoqrafiyanın təbliği getdiyi üçün bu proqramı bloklayıb.Azərbaycanda isə proqrama nəzarət demək olar ki, yoxdur.
Əldə etdiyimiz məlumata görə,Tural Talıblı “Bigo Live” proqramında “Dino” ləqəbi ilə qeydiyyatdan keçib.Onun keçmiş hərbi hazırlıq müəllimi olduğu deyilir.
Oxu24.com iddialarla bağlı Tural Talıblı ilə əlaqə saxlayıb. O,məsələdə qarşı tərəfi ittiham edib.
“Bu proqramda qadınlar pul qarşılığında özlərini kişilərə təklif edilər.Əxlaqsızlığı yayırlar. Proqram Azərbaycan tərəfindən təsdiq olunmadığı üçün istədiklərini edirlər.Həmin proqramda qadınlardan biri mənim 1600 pulumu yeyib.Bunun üstündə aramızda münahisə düşdü.Mən də əsəblərimi saxlaya bilməyib,ona etik olmayan sözləri dedim.İş hazırda polisdədir”,-deyə Tural Talıblı bildirib.
Oxu24.com “Bigo Live” proqramı barədə araşdırmalarını davam etdirəcək.
Miri Məcidli
08:55 / 25 May 2026
50
08:45 / 25 May 2026
48
08:43 / 25 May 2026
45
08:25 / 25 May 2026
232
08:20 / 25 May 2026
53
00:05 / 25 May 2026
208
00:01 / 25 May 2026
343
00:01 / 25 May 2026
1695
23:58 / 24 May 2026
357
23:36 / 24 May 2026
564
23:32 / 24 May 2026
1098
23:23 / 24 May 2026
228
23:13 / 24 May 2026
299
23:13 / 24 May 2026
863
23:03 / 24 May 2026
350
22:43 / 24 May 2026
131
22:18 / 24 May 2026
137
22:04 / 24 May 2026
544
21:40 / 24 May 2026
208
21:39 / 24 May 2026
1725
21:30 / 24 May 2026
216
20:41 / 24 May 2026
173
20:19 / 24 May 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.