Xaricdə ali təhsil almış şəxslərin peşə tanınması imtahanı keçiriləcək
27 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
593
30.09.2025, 20:28
Kardioloq, ürək-damar cərrahı, tibb elmləri namizədi Nikita Safonovun sözlərinə görə 35 yaşdan yuxarı hər bir insan ildə azı bir dəfə ürək müayinəsindən keçməlidir.
Oxu24.com xəbər verir ki, o, bu barədə "gazeta"ya açıqlama verib.
"Ürək-damar xəstəlikləri hələ də Rusiya əhalisi arasında ölümün əsas səbəblərindən biridir və bütün halların təxminən 50 faizini təşkil edir. Son illərdə səhiyyə sahəsində görülən tədbirlər nəticəsində infarkt və insultdan ölüm halları əhəmiyyətli dərəcədə azalsa da, profilaktikaya diqqət daha da artırılmalıdır".
Safonov bildirib ki, ürək xəstəliklərinin inkişafına təsir edən modifikasiya oluna bilən risk faktorlarına nəzarət etmək vacibdir. Bunlara artıq çəki, siqaret çəkmə, düzgün qidalanmama, azhərəkətli həyat tərzi, alkoqol istifadəsi, yuxu pozuntuları daxildir. Bundan əlavə, arterial hipertenziya, şəkərli diabet, dislipidemiya və aritmiya da ciddi risk amillərindəndir.
"Statistikaya görə infarktdan ölüm hallarının 29 faizdən çoxu fıbrillyasiya ilə bağlıdır. Halbuki bu xəstəlik həm dərmanlarla, həm də radiofrekans ablasiya kimi innovativ minimal invaziv əməliyyatlarla uğurla müalicə oluna bilər", - deyə həkim vurğulayıb.
Onun sözlərinə görə, 35 yaşdan sonra ildə bir dəfə əsas kardioloji müayinədən keçmək tövsiyə olunur. Bu müayinəyə EKQ, ürəyin UZI-si (exokardioqrafiya), qan təzyiqi və nəbzin ölçülməsi, qan analizləri (lipid profili, qlükoza və ya qlikohemoglobin, lazım gələrsə TSH hormonu) daxildir.
Safonov əlavə edib ki, ürəkdə hər hansı narahatlıq əlamətləri müşahidə olunarsa, özbaşına müalicə ilə məşğul olmaq olmaz, vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Mövcud ürək-damar xəstəlikləri olan xəstələr isə müalicə planına ciddi şəkildə əməl etməlidirlər.
"Əfsuslar olsun ki, profilaktik müayinələrə münasibət bizdə çox vaxt formal xarakter daşıyır. Halbuki bu müayinələr insanların həyatını xilas edə bilər", - deyə kardioloq yekunlaşdırıb.
00:25 / 27 May 2026
68
00:19 / 27 May 2026
199
00:19 / 27 May 2026
66
00:17 / 27 May 2026
57
00:08 / 27 May 2026
148
00:01 / 27 May 2026
167
23:59 / 26 May 2026
147
23:56 / 26 May 2026
48
23:55 / 26 May 2026
46
23:48 / 26 May 2026
355
23:47 / 26 May 2026
53
23:40 / 26 May 2026
62
23:29 / 26 May 2026
177
23:27 / 26 May 2026
186
23:22 / 26 May 2026
159
23:18 / 26 May 2026
169
23:15 / 26 May 2026
69
23:13 / 26 May 2026
139
23:02 / 26 May 2026
168
22:58 / 26 May 2026
317
22:49 / 26 May 2026
67
22:45 / 26 May 2026
683
22:41 / 26 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.