Xaricdə ali təhsil almış şəxslərin peşə tanınması imtahanı keçiriləcək
27 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
676
30.09.2025, 14:17
Həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilərə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər göstəriləcək.
Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin tibbi müayinəsinin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi məqsədilə hazırlanıb.
Təklif olunan dəyişikliklərə əsasən sözügedən qanunun 15-2.1-ci maddəsində həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər əlavə edilib və 15-2.3-cü maddəsindən qeyd olunan subyekt dairəsi çıxarılıb. Eyni zamanda bu subyekt dairəsinə daxil olan şəxslərin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər kateqoriyasına aid olması halı da nəzərə alınmışdır.
Qeyd edilmiş kateqoriyaya aid olan şəxslərə tibbi xidmətin göstərilməsi xüsusi xarakter daşıdığından, müvafiq Qanuna 15-17.2.3-3-cü maddə əlavə edilərək Xidmətlər Zərfində onlara göstəriləcək tibbi xidmətlərin tətbiqi şərtləri müəyyən ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
00:25 / 27 May 2026
68
00:19 / 27 May 2026
199
00:19 / 27 May 2026
66
00:17 / 27 May 2026
57
00:08 / 27 May 2026
148
00:01 / 27 May 2026
167
23:59 / 26 May 2026
147
23:56 / 26 May 2026
48
23:55 / 26 May 2026
46
23:48 / 26 May 2026
355
23:47 / 26 May 2026
53
23:40 / 26 May 2026
62
23:29 / 26 May 2026
177
23:27 / 26 May 2026
186
23:22 / 26 May 2026
159
23:18 / 26 May 2026
169
23:15 / 26 May 2026
69
23:13 / 26 May 2026
139
23:02 / 26 May 2026
168
22:58 / 26 May 2026
317
22:49 / 26 May 2026
67
22:45 / 26 May 2026
683
22:41 / 26 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.