Xaricdə ali təhsil almış şəxslərin peşə tanınması imtahanı keçiriləcək
27 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
522
30.09.2025, 10:47
Media süni intellektdən daha maraqlı kontent yaratmaq üçün yararlanmalıdır.
Oxu24.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, süni intellekt texnologiyalarının media sahəsinə tətbiqindən irəli gələn spesifik məsələlərin həlli günün vacib çağrışları sırasındadır:
"Bu yeni bilik və bacarıqlara yiyələnmək, onun verdiyi fürsətləri dəyərləndirərək ölkələrimizn informasiya landşaftını müasirləşdirmək zərurəti artıq hiss olunmaqdadır. Media süni intellektdən yalnız forma baxımından təkmilləşmək üçün deyil, eyni zamanda daha maraqlı kontent yaradılması prosesində də yararlanmalıdır".
Ə.İsmayılov bildirib ki, kontentin jurnalistika prinsiplərinə uyğun formada hazırlanması, faktların yoxlanılması, analitik təhlillərin və müqayisələrin aparılması, xüsusən də hazırlanmış materialın vizualizasiyası süni intellekt texnologiyalarının tətbiqi olmadan reallaşa bilməz:
"Bu müasir yanaşma jurnalistikanın artıq yeni və tamam fərqli inkişaf fazasına keçdiyini deməyə əsas verir. Bir sıra ölkələrin mediası artıq yeni texnoloji tərəqqinin nailiyyətlərindən istifadə edir. Prosesi yaxından izləyir, ciddi təhlil edir, medianın rəqəmsal mühitdə rəqabətə davamlılığını yüksəltmək üçün müxtəlif təşəbbüslərlə çıxış edirik".
İcraçı direktor vurğulayıb ki, İlham Əliyev də III Şuşa Qlobal Media Forumunda süni intellektin artan roluna və ictimai inkişafdakı təsirlərinə toxunmuşdu:
"Prezident bildirmişdi ki, ölkədə IT texnologiyalarının inkişafı dövlətin önəm verdiyi prioritetlərdən biridir. Azərbaycanın bu istiqamətdə aparıcı beynəlxalq şirkətlərlə təmasları mövcuddur. Süni intellektin yayılması kifayət qədər sürətlə gedir və heç şübhəsiz ki, ondan istifadə edən şəxslərin sayı da çox olacaqdır. Dövlət başçısının vurğuladığı kimi Azərbaycan bütün yeni texologiyalara açıq ölkədir, "əsas odur ki, süni intellekt bizi bildiyimiz kriteriyalardan, meyarlardan uzaqlaşdırmasın".
Ə.İsmayılov hesab edir ki, süni intellektin tətbiqindən irəli gələn məsələlər ətrafında ciddi düşünməli, istər Özbəkistan, istərsə də Azərbaycan mediasının təcrübəsini əsas götürərək bu istiqamətdə səylər birləşdirilməli, birgə fəaliyyətin effektiv mexanizmi yaradılmalıdır.
00:25 / 27 May 2026
68
00:19 / 27 May 2026
199
00:19 / 27 May 2026
66
00:17 / 27 May 2026
57
00:08 / 27 May 2026
148
00:01 / 27 May 2026
167
23:59 / 26 May 2026
147
23:56 / 26 May 2026
48
23:55 / 26 May 2026
46
23:48 / 26 May 2026
355
23:47 / 26 May 2026
53
23:40 / 26 May 2026
62
23:29 / 26 May 2026
177
23:27 / 26 May 2026
186
23:22 / 26 May 2026
159
23:18 / 26 May 2026
169
23:15 / 26 May 2026
69
23:13 / 26 May 2026
139
23:02 / 26 May 2026
168
22:58 / 26 May 2026
317
22:49 / 26 May 2026
67
22:45 / 26 May 2026
683
22:41 / 26 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.