Xaricdə ali təhsil almış şəxslərin peşə tanınması imtahanı keçiriləcək
27 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
598
29.09.2025, 15:11
Son günlər geniş müzakirə olunan məsələlərdən biri də məktəblərdə dərs saatının 45 dəqiqədən 40 dəqiqəyə salınması, tənəffüsün isə 5 dəqiqədən 10 dəqiqəyə artırılmasıdır.
Məktəblərdə bu sistamin tətbiqi mümkündür?
Təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a danışarkən bildirdi ki, Azərbaycan neçə ildir ki, kurikulum sisteminə keçib, amma kurikulumu hələ tam mənasında tətbiq edə bilmir:
"Düzdür, beynəlxalq təcrübədə dərs saatının 45 dəqiqədən 40 dəqiqəyə endirilməsi kimi bir məsələ var və bu, müəyyən qədər effekt verir. Əsas məsələ odur ki, biz bunu özümüzdə tətbiq edə bilərikmi? Çünki biz artıq o ənənəvi təhsilə elə öyrəşmişik ki, bu 10 dəqiqə ərzində uşaqların nə ilə məşğul olacağını təsəvvür edə bilmirik. O dəhlizlərdə 10 dəqiqəlik xaosu təsəvvür edin. Sıxılıq olan məktəblərdə 5 dəqiqə ərzində o şagirdləri bir yerə toplaya bilmirlər, qaldı ki, 10 dəqiqəlik tənəffüs olsun".
Onun sözlərinə görə, bunun üçün maddi-texniki baza formalaşdırılmalı, təlimatlar hazırlanmalı və keçid dövrü üçün müəyyən prosedurlar, qaydalar müəyyən olunmalıdır.
"Mən düşünmürəm ki, bu, yaxın iki il ərzində baş verə bilər. Bunun üçün zamana ehtiyac var. Publik hüquqi şəxsə çevrilmiş məktəblər var ki, bəlkə bu təcrübəni ilkin olaraq pilot kimi onlarda tətbiq edib nəticəsinə baxmaq olar. Əgər effektivdirsə, digər məktəblərə də tətbiq etmək mümkün olsun.
10 dəqiqə ərzində o şagirdlər nə işlə məşğul olacaq? Bu da bir qədər sual doğurur. Kitabxanalarımız elə yaxşı səviyyədə deyil ki, deyək, şagirdlər orada vaxt keçirəcəklər. Məktəblərdə onların vaxtını əyləncəli keçirmək üçün mühit formalaşmayıb. Ona görə də mən düşünmürəm ki, yaxın müddətdə bu keçidi edə bilək. Əgər mümkün olacaqsa, yəqin ki, ən azı bir-iki il vaxt çəkəcək", - deyə Məzahir Məmmədli yekunlaşdırdı.
02:51 / 27 May 2026
37
00:25 / 27 May 2026
104
00:19 / 27 May 2026
264
00:19 / 27 May 2026
111
00:17 / 27 May 2026
83
00:08 / 27 May 2026
208
00:01 / 27 May 2026
325
23:59 / 26 May 2026
192
23:56 / 26 May 2026
77
23:55 / 26 May 2026
71
23:48 / 26 May 2026
560
23:47 / 26 May 2026
77
23:40 / 26 May 2026
81
23:29 / 26 May 2026
215
23:27 / 26 May 2026
218
23:22 / 26 May 2026
188
23:18 / 26 May 2026
208
23:15 / 26 May 2026
86
23:13 / 26 May 2026
160
23:02 / 26 May 2026
193
22:58 / 26 May 2026
424
22:49 / 26 May 2026
82
22:45 / 26 May 2026
1029
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.