Xaricdə ali təhsil almış şəxslərin peşə tanınması imtahanı keçiriləcək
27 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1027
29.09.2025, 11:49
Xəbər verdiyimiz kimi, ictimai nəqliyyatda tariflər 1 oktyabr tarixindən dəyişəcək.
Oxu24.com -un məlumatına görə, metroda və müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik müəyyən edilib.
Qiymət artımı metronu tam əhatə etsə də, avtobus marşrutlarının böyük hissəsini əhatə etməyəcək.
Belə ki, yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gedişhaqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.
Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.
Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.
Dəyişiklik daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.
02:51 / 27 May 2026
77
00:25 / 27 May 2026
112
00:19 / 27 May 2026
284
00:19 / 27 May 2026
127
00:17 / 27 May 2026
96
00:08 / 27 May 2026
234
00:01 / 27 May 2026
404
23:59 / 26 May 2026
211
23:56 / 26 May 2026
84
23:55 / 26 May 2026
83
23:48 / 26 May 2026
663
23:47 / 26 May 2026
87
23:40 / 26 May 2026
89
23:29 / 26 May 2026
227
23:27 / 26 May 2026
233
23:22 / 26 May 2026
202
23:18 / 26 May 2026
227
23:15 / 26 May 2026
96
23:13 / 26 May 2026
173
23:02 / 26 May 2026
205
22:58 / 26 May 2026
473
22:49 / 26 May 2026
92
22:45 / 26 May 2026
1190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.