20 şagird zəhərlənib -TƏCİLİ
05 Dekabr 2025, 15:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
694
26.09.2025, 22:32
“AzerGold” QSC-nin təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyəti və Şuşa Dövlət Qoruğunun dəstəyi ilə 25 sentyabr 2025-ci il tarixində Vətən müharibəsinin başlanmasının 5-ci ildönümünə həsr olunmuş “Zəfərin izi ilə” adlı sosial tədbir həyata keçirilib.
Oxu24.com xəbər verir ki, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla anmaq, onların fədakarlığını gələcək nəsillərə çatdırmaq və şəhid ailələrini mənəvi qayğı ilə əhatə etmək məqsədilə həyata keçirilən tədbir çərçivəsində Daşkəsən rayonundan olan şəhid ailələrinin qəhrəman övladlarının keçdikləri zəfər yolu ilə, canları bahasına azad etdikləri torpaqları ziyarəti təşkil olunub.
Şəhid ailələri tarixi zəfərin rəmzinə çevrilmiş Şuşa şəhərində Azərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanış olublar. Onlar Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini, Mehmandarovlar muzeyini, İsa bulağını və digər tarixi-mədəni abidələri ziyarət ediblər.
Həmçinin oxuyun
Səfər müddətində qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs edilib. Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən və orada şəhidlik zirvəsinə ucalan hərbçilərin valideynləri övladlarının döyüşdüyü yerlərə baş çəkiblər. Sonda Gövhər Ağa məscidində şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi ehtiramla yad edilib.
Xatırladaq ki, şəhid ailələri “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət layihələri çərçivəsində əsas hədəf kateqoriyalarından biri olaraq müəyyən edilib və onların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş müxtəlif layihələr həyata keçirilir. Bununla yanaşı, şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının məşğulluğunun artırılmasına da əlavə töhfələr verilir. Hazırda “AzerGold”, onun törəmə cəmiyyətləri və fəaliyyətə cəlb edilən uzunmüddətli podratçı şirkətlərin ümumilikdə 351 nəfər əməkdaşı qeyd olunan həssas kateqoriyaya aiddir.“Qafqazinfo”
16:07 / 05 Dekabr 2025
21
16:01 / 05 Dekabr 2025
14
15:50 / 05 Dekabr 2025
28
15:45 / 05 Dekabr 2025
23
15:43 / 05 Dekabr 2025
29
15:38 / 05 Dekabr 2025
51
15:18 / 05 Dekabr 2025
801
15:07 / 05 Dekabr 2025
84
15:00 / 05 Dekabr 2025
68
14:52 / 05 Dekabr 2025
211
14:32 / 05 Dekabr 2025
73
14:28 / 05 Dekabr 2025
493
14:24 / 05 Dekabr 2025
89
14:01 / 05 Dekabr 2025
58
14:00 / 05 Dekabr 2025
126
13:48 / 05 Dekabr 2025
570
13:21 / 05 Dekabr 2025
56
13:18 / 05 Dekabr 2025
60
13:12 / 05 Dekabr 2025
61
13:02 / 05 Dekabr 2025
81
12:53 / 05 Dekabr 2025
265
12:46 / 05 Dekabr 2025
70
12:41 / 05 Dekabr 2025
576
12:36 / 05 Dekabr 2025
97
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.