Allahşükür Paşazadə: Bu il də Azərbaycanda bayram namazında şiə və müftilər birlikdə namaz qılıb
27 May 2026, 09:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
643
26.09.2025, 15:12
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb.
Oxu24.com xəbər verir ki, Azərbaycan Hesablama Palatası 2025-ci il İş Planına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və tabeli qurumlarda dövlət vəsaitlərinin istifadəsinə dair uyğunluq auditi aparıb. Audit 2023–2024-cü illəri əhatə edib.
Nəticələrə əsasən, ölkə üzrə kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi tam həyata keçirilməyib. Bu səbəbdən baytarlıq sahəsində xəstəliklərin qarşısının alınması və peyvəndləmədə risk əsaslı yanaşmalar tətbiq olunmayıb. Dövlət Statistika Komitəsi ilə müqayisədə heyvanların uçot göstəricilərində 11-16% fərq aşkarlanıb.
Audit zamanı Agentliyin strateji inkişaf və əməliyyat planlarının olmadığı, monitorinq mexanizmlərinin tətbiq edilmədiyi, xidmətlərin yalnız az bir hissəsindən gəlir əldə edildiyi, potensial qeyri-büdcə vəsaitlərinin isə itirildiyi müəyyən olunub.
Satınalmalarda da problemlər qeydə alınıb. Belə ki, 2023-cü ildə 1,6 mln. manat dəyərində feromon tələlərinin baha qiymətlərlə alınması və sınaqdan keçirilmədən istifadəsi dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə səbəb olub. Həmin tələlərin 35 mindən çox dəsti istifadəsiz qalıb.
Bundan başqa, dabaq xəstəliyinə qarşı peyvəndlərin dövlət qeydiyyatına alınmaması, bəzi hallarda isə planlaşdırılmamış əlavə peyvəndlərin silinməsi büdcə vəsaitlərinə əlavə yük yaradıb. Baytarlıq preparatlarının və texnikaların istifadəsi üzrə elektron izləmə sistemi də qurulmayıb.
Hesablama Palatası qeyd edib ki, dövlət sort-sınaq məntəqələrinin torpaq sahələrinin yalnız kiçik hissəsi əsas funksional fəaliyyətə cəlb olunub, torpaqdan kommersiya məqsədilə istifadə edildiyi hallarda isə gəlirlərin uçotu aparılmayıb.
Palatanın Kollegiyası nöqsanların aradan qaldırılması, artıq xərclərin bərpası və müvafiq dövlət qurumlarının məlumatlandırılması barədə qərar qəbul edib.
09:47 / 27 May 2026
1
09:42 / 27 May 2026
13
09:40 / 27 May 2026
15
09:32 / 27 May 2026
55
09:25 / 27 May 2026
47
09:09 / 27 May 2026
380
09:02 / 27 May 2026
91
08:59 / 27 May 2026
60
08:53 / 27 May 2026
120
08:41 / 27 May 2026
103
08:22 / 27 May 2026
90
08:15 / 27 May 2026
83
08:12 / 27 May 2026
175
08:08 / 27 May 2026
83
08:08 / 27 May 2026
334
02:51 / 27 May 2026
111
00:25 / 27 May 2026
141
00:19 / 27 May 2026
391
00:19 / 27 May 2026
170
00:17 / 27 May 2026
128
00:01 / 27 May 2026
666
23:59 / 26 May 2026
245
23:56 / 26 May 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.