Qaynar xətt:

(+99450) 247 90 86

Bu avtomobillərin qiyməti arta bilər - VİDEO 

2018-08/1535176632_avtomobil.jpg

CƏMİYYƏT

1663

21.09.2025, 23:51

İşlənmiş avtomobillərin qiyməti arta bilər.

Oxu24.com "Xezerxeber.az"a istinadən xəbər verir ki, qiymətlərdə 2-3 min manat artım proqnozlaşdırılır.

Bildirilir ki, elektrik və hibrid avtomobillərinin ölkəyə idxalına tətbiq olunan güzəştlərin müddəti başa çatmaq üzrədir. Belə ki, müddət 2026-cı ilin yanvarın 1-dək nəzərdə tutulub. Həmin müddətin uzadılıb-uzadılmayacağına dair dəqiq məlumat isə hələlik yoxdur.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, hibrid avtomobillərə tətbiq olunan güzəştlərin bitəcəyi, elektrikli avtomobillərdə isə davam edəcəyi gözlənilir.

Eyyub Əliyev bildirib ki, sözügedən avtomobillərə tətbiq edilən güzəşt davam edərsə, ikinci əl avtomobillərin satışı olduqca çətinləşəcək. Bu isə hibrid və elektormobillərin satışını kəskin artıracaq.

Daha ətraflı videomaterialda: