Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərində işıqlandırılıb - FOTO
28 May 2026, 22:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
534
16.09.2025, 15:40
Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Milli Xalça Muzeyinin Şuşa filialında olublar.
Oxu24.com xəbər verir ki, ali qonağa filialın fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı.
İşğal dövründə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi. İndi burada vaxtilə təxliyə olunmuş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Muzeydə ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.
22:12 / 28 May 2026
18
22:00 / 28 May 2026
29
21:53 / 28 May 2026
46
21:51 / 28 May 2026
42
21:42 / 28 May 2026
83
21:38 / 28 May 2026
56
21:35 / 28 May 2026
101
21:07 / 28 May 2026
450
21:05 / 28 May 2026
105
20:48 / 28 May 2026
148
20:48 / 28 May 2026
458
20:45 / 28 May 2026
97
20:43 / 28 May 2026
64
20:41 / 28 May 2026
72
20:38 / 28 May 2026
72
20:30 / 28 May 2026
209
20:28 / 28 May 2026
237
20:20 / 28 May 2026
80
20:12 / 28 May 2026
66
19:59 / 28 May 2026
148
19:38 / 28 May 2026
86
18:16 / 28 May 2026
113
18:03 / 28 May 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.