Qaynar xətt:

(+99450) 247 90 86

Bu tarixdə Günəş tutulacaq 

news/2025_09_16/gunesd_1758009999.jpg

CƏMİYYƏT

653

16.09.2025, 12:05

Sentyabrın 21-də 2025-ci ilin ikinci Günəş tutulması baş verəcək. Bu, qismən Günəş tutulmasıdır.

Bu barədə Oxu24.com-a  Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.