Prezident mühüm planı TƏSDİQLƏDİ: Gömrükdə bu mümkün olacaq
05 Dekabr 2025, 18:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
572
15.09.2025, 22:02
Bakı şəhərində "Avropa Mobillik Həftəsi" çərçivəsində sentyabrın 16-22-də davamlı hərəkətliliyə yönələn tədbirlər və "Avtomobilsiz Gün" keçiriləcək. Bəzi xarici ölkələrdə - Fransa, Hindistan və s. həm tıxac probleminin qarşısının alınması, həm də əhalinin hərəkətliliyinin artırılması məqsədilə həftənin bəzi günləri şəxsi avtomobillərdən istifadəyə məhdudiyyətlər qoyulur.
Azərbaycanda da gələcəkdə bu üsul tətbiq oluna bilərmi?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı manset.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, yaxın gələcəkdə bu üsulun, əsasən də, paytaxt Bakıda tətbiqi mümkün görünmür.
Həmçinin oxuyun
"Avtomobilsiz günlər"ə kütləvi formada əməl olunacağını düşünmürəm. Əslində, biz bunu çox həvəslə gözlüyərdik ki, əhalimiz zərurət olmadan şəxsi avtomobildən istifadəyə maraq göstərməyəcəklər. Təbii ki, ilk növbədə bunun üçün güclü ictimai nəqliyyat sistemi lazımdır. Cüt və tək günlər məsələsi bir çox ölkələrdə tətbiq olunub və müəyyən effektlər verib. Amma dediyim kimi bu üsul elə ölkələrdə tətbiq oluna bilər ki, onların güclü ictimai nəqliyyatı var. Bu təşəbbüs sentyabrın 16-dan başlayır. Elə bu tarixdən də şəhərin mərkəzi küçələri bağlıdır, avtobusların istiqaməti dəyişdirilir, əsas küçələr, yollar bağlıdır. Bəs insanlar necə "avtomobilsiz gün" keçirə bilərlər?".
Ekspert qeyd edir ki, ictimai nəqliyyatımız tam inkişaf etdikdən, metro stansiyalarının sayı artdıqdan, avtobusların sayı arzuolunan səviyyəyə çatdıqdan sonra insanlar özləri şəxsi avtomobillərdən imtina edəcəklər.Milli.Az
18:03 / 05 Dekabr 2025
1
17:56 / 05 Dekabr 2025
12
17:41 / 05 Dekabr 2025
55
17:26 / 05 Dekabr 2025
679
17:21 / 05 Dekabr 2025
128
17:15 / 05 Dekabr 2025
68
17:15 / 05 Dekabr 2025
37
17:06 / 05 Dekabr 2025
52
16:49 / 05 Dekabr 2025
1499
16:46 / 05 Dekabr 2025
206
16:44 / 05 Dekabr 2025
172
16:30 / 05 Dekabr 2025
50
16:25 / 05 Dekabr 2025
151
16:07 / 05 Dekabr 2025
123
16:01 / 05 Dekabr 2025
54
15:50 / 05 Dekabr 2025
84
15:45 / 05 Dekabr 2025
58
15:43 / 05 Dekabr 2025
60
15:38 / 05 Dekabr 2025
106
15:18 / 05 Dekabr 2025
1355
15:07 / 05 Dekabr 2025
124
15:00 / 05 Dekabr 2025
94
14:52 / 05 Dekabr 2025
529
14:32 / 05 Dekabr 2025
100
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.