Ucarda qadını ilan sancdı
29 May 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
773
15.09.2025, 20:15
"Hakim kimi fəaliyyət göstərdiyim dövrlərdə iki şəxsə ömürlük cəza vermişəm".
Bunu "Kazusmedia" "Youtube" kanalına müsahibəsində sabiq məhkəmə hakimi və Vəkillər Kollegiyasının üzvü Tamila Nəsrullayeva deyib.
O, bildirib ki, həmin şəxslərdən biri qonşusu olan azyaşlı qızı təcavüz edib, sonra öldürərək həyətlərində basdıran şəxs idi:
"Digəri isə bir ailənin 7 üzvünü qətlə yetirmiş, sonra ölkədən qaçan şəxs idi. Onu ekstradisiya etmişdlər. Lakin o, törətdiyi hadisəni boynuna almırdı".
"Bir qadın üçün hakim olmaq çətindirmi?" sualını cavablandıran Tamila Nəsrullayeva qeyd edib ki, kriminal aləmdə "Lotu Bəxtiyar" ləqəbi ilə tanınan Bəxtiyar Kərimovun cinayət işi üzrə məhkəmə işi icraatında olub:
"Novxanı bağlarında 15 nəfər şəxs saxlanılmışdı. Onlardan bəzilərinin üzərindən narkotik və silah aşkarlanmışdı. Həmin şəxslərdən biri də kriminal aləmdə "Lotu Bəxtiyar" ləqəbi ilə tanınan Bəxtiyar Kərimov idi. Sonda ona 3 il həbs cəzası verdik".
Qeyd edək ki, 1953-cü il təvəllüdlü Tamila Nəsrullayeva Binəqədi Rayon -Məhkəməsinin sədri (1987-2000), Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri (2000-2007), Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi (2007- 2011) və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (2011-2018) vəzifələrində çalışıb. O, 2019-cu ildən Vəkillər Kollegiyasının üzvüdür.
00:18 / 29 May 2026
27
00:11 / 29 May 2026
135
00:04 / 29 May 2026
43
23:59 / 28 May 2026
47
23:55 / 28 May 2026
157
23:51 / 28 May 2026
3954
23:33 / 28 May 2026
159
23:26 / 28 May 2026
68
23:21 / 28 May 2026
325
23:19 / 28 May 2026
68
23:01 / 28 May 2026
64
22:49 / 28 May 2026
178
22:43 / 28 May 2026
108
22:39 / 28 May 2026
159
22:35 / 28 May 2026
186
22:32 / 28 May 2026
232
22:28 / 28 May 2026
78
22:26 / 28 May 2026
103
22:20 / 28 May 2026
5358
22:12 / 28 May 2026
69
22:00 / 28 May 2026
82
21:53 / 28 May 2026
99
21:51 / 28 May 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.