Qaynar xətt:

(+99450) 247 90 86

"Semaşko"nun arxasındakı metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı

2025/02/21/1740096424_metro.jpg

CƏMİYYƏT

604

13.09.2025, 12:21

Bakı metrosunda Bənövşəyi xəttin "B-4" stansiyasının tikinti işləri davam etdirilir.

Oxu24.com  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.

"Stansiyanın 2026-cı ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub", - deyə o əlavə edib.

Qeyd edək ki, Bənövşəyi xətt üzrə B4−B8 stansiyalarının tikintisi Keşlə qəsəbəsinə qədər metro ilə getməyin mümkün olacağı deməkdir. B-4 stansiyası - Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyasıdır.  Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşir