Qaynar xətt:

(+99450) 247 90 86

Bu yol bağlanır 

2024/06/24/1719222786_1716986938_yol_temir.jpg

CƏMİYYƏT

466

23.08.2025, 11:12

Avqust 24-də saat 07:00-dan saat 22:00-dək Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən Xutor tuneli istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti aparılacaq təmir işləri ilə əlaqədar tam məhdudlaşdırılacaq.

Bu barədə  Oxu24.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata əsasən, sabah 07:00-dan saat 22:00-dək paytaxtın Ziya Bünyadov prospektində (Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.