Zəlzələ BAŞ VERDİ
13 Dekabr 2025, 21:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
560
14.08.2025, 15:53
Ölkənin birinci bankı Kapital Bank dünyanın ən nüfuzlu biznes mükafatlarından biri olan, “İş dünyasının Oskarı” kimi dəyərləndirilən “Stevie Awards” proqramında 5 kateqoriya üzrə mükafat qazanıb.
2002-ci ildən etibarən keçirilən “Stevie Awards”, dünyada ən çox iştirakçının qatıldığı beynəlxalq biznes mükafat proqramlarından biridir. 2025-ci ildə proqramda Beynəlxalq Biznes Mükafatları (“International Business Awards”) çərçivəsində 78 ölkədən 3800-dən çox müraciət dəyərləndirilib və yüzlərlə beynəlxalq layihə 22 əsas, 661 alt kateqoriyada yarışıb.
İnnovativ texnologiyaların tətbiqi və müştəriyönümlü proseslərlə bağlı layihələrlə proqrama qatılan Kapital Bank “İstehlakçı xidmətləri” nominasiyasında proqramın qızıl mükafatı “Gold Stevie Winner”, “İstehlakçı xidmətləri üzrə ilin liderlik kampaniyası”, “İlin müştəri xidməti departamenti”, “Müştəri xidmətləri üzrə həllər” və “Müştəri məmnuniyyətində nailiyyət” nominasiyalarında isə “Silver Stevie Winner” gümüş mükafatlarına layiq görülüb.
Kapital Bank-ın Bank Əməliyyatları Ofisinin lideri Məhəmməd İbrahimov bu haqda fikirlərini bölüşüb: “Kapital Bank olaraq, müştərilərimizin etimadını qazanmaq və onlara ən yüksək keyfiyyətli xidmətləri təqdim etmək bizim üçün ən prioritet məsələdir. “Stevie Awards” kimi nüfuzlu mükafat isə komandamızın peşəkarlığının, işinə bağlılığının və müştəri məmnuniyyətini ön planda tutmağının nəticəsidir. Biz hər zaman innovativ yanaşmalarla müştərilərimizin ehtiyaclarına cavab verməyə çalışırıq. Bu kimi beynəlxalq uğurlar göstərdiyimiz səylərin doğru yöndə olduğunu təsdiqləyir. Əminəm ki, bu mükafatlar müştəri xidmətləri sahəsindəki liderliyimizi daha da gücləndirmək və daha böyük uğurlar üçün komandamıza ilham olacaq” .
Həmçinin oxuyun
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
21:58 / 13 Dekabr 2025
67
21:34 / 13 Dekabr 2025
327
21:21 / 13 Dekabr 2025
42
21:19 / 13 Dekabr 2025
48
21:15 / 13 Dekabr 2025
42
21:02 / 13 Dekabr 2025
43
20:49 / 13 Dekabr 2025
235
20:44 / 13 Dekabr 2025
54
20:36 / 13 Dekabr 2025
53
20:26 / 13 Dekabr 2025
61
20:01 / 13 Dekabr 2025
221
19:53 / 13 Dekabr 2025
73
19:21 / 13 Dekabr 2025
345
19:16 / 13 Dekabr 2025
103
18:32 / 13 Dekabr 2025
961
18:12 / 13 Dekabr 2025
163
18:02 / 13 Dekabr 2025
108
17:43 / 13 Dekabr 2025
1649
17:09 / 13 Dekabr 2025
105
16:55 / 13 Dekabr 2025
338
15:58 / 13 Dekabr 2025
114
15:47 / 13 Dekabr 2025
103
15:39 / 13 Dekabr 2025
125
15:08 / 13 Dekabr 2025
2871
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.