Mehman Qasımov işdən çıxarıldı
13 Dekabr 2025, 09:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
836
14.08.2025, 10:52
Xəbər verdiyimiz kimi, dünən şair, nasir, jurnalist Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb.
Onun vəfat səbəbi məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.
Modern.az mərhum şairin dostu şair Qəşəm Nəcəfzadə ilə əlaqə saxlayıb.
Qəşəm Nəcəfzadə Kəramət Şükürovun vəfat səbəbini hələlik bilmədiyini qeyd edib:
"Kəramət Şükürov mənim ən yaxın dostum olub. O, məndən iki kurs yuxarı oxuyurdu. Biz tələbə olduğumuz müddətdə eyni otaqda yaşamışıq – Əjdər Cəbiyev, Elman Ələsgərov, Kəramət və mən.
Kəramət çox sağlam, qüssəli, eyni zamanda güclü və xeyirxah bir insan idi. O, həm də çox istedadlı bir şair idi. Mən deyərdim ki, Azərbaycanda onun ədəbi zövqünə yaxınlaşan şair çox az idi. Hətta şairlərin bir çoxu onun zövqündən ehtiyat edirdi.
Oğlum Kəramət Böyükçölə onun adını vermişəm. Tələbə vaxtı anam dedi ki, oğluna Kəramətin adını ver. Anam Kəramət adını çox sevirdi. Mən də onun arzusunu yerinə yetirdim. Sonra anam mənə dedi: "Amma bunu Kəramətə demə, çünki kiminsə adını kiməsə qoymaq el arasında bəzən söz-söhbətə, incikliklərə səbəb ola bilər". Uzun müddət mən bunu Kəramətdən gizlətdim.
Bir müddət sonra o özü mənə dedi: "Kəramət necədir? Mən çox sevindim ki, sən öz oğluna mənim adımı vermisən.” Bu onun üçün xoş bir hiss olmuşdu.
Həmçinin oxuyun
Kəramət yüksək istedada malik idi. Onun yanında insan özünü çox rahat hiss edirdi. Mən deyərdim ki, onda Əli Kərim xisləti, Əli Kərim təbəssümü və istedadı vardı. Əli Kərimi çox sevirdi".
Q.Nəcəfzadə əlavə edib ki, Kəramətin həyat yoldaşı Könül xanım da yazıçıdır.
"Kəramətlə görüşməkdə çətinliklərimiz olurdu. Bununla bağlı onun bir şeiri də vardı: "Sənə zəng edərdim, telefonum yox, danışaq…” Məndə onun 5-6 müxtəlif nömrəsi vardı. Ondan soruşanda "Sənin nömrən hansıdır?” - o, həmişə yanındakından soruşardı: "Mənim nömrəm neçədir?” - Bu da əslində adamın ovqatına xoş bir təbəssüm qatırdı.
Q.Nəcəfzadənin sözlərinə görə, Kəramət Şükürovun ailəsi Türkiyədə yaşayırdı, özü isə Bakıda qalırdı.
09:15 / 13 Dekabr 2025
1
09:06 / 13 Dekabr 2025
28
08:45 / 13 Dekabr 2025
22
08:37 / 13 Dekabr 2025
25
00:28 / 13 Dekabr 2025
93
00:14 / 13 Dekabr 2025
843
00:01 / 13 Dekabr 2025
513
23:20 / 12 Dekabr 2025
434
23:12 / 12 Dekabr 2025
83
22:41 / 12 Dekabr 2025
7304
22:05 / 12 Dekabr 2025
111
21:58 / 12 Dekabr 2025
1599
21:45 / 12 Dekabr 2025
111
19:31 / 12 Dekabr 2025
1043
19:20 / 12 Dekabr 2025
2102
19:04 / 12 Dekabr 2025
1159
19:02 / 12 Dekabr 2025
156
17:40 / 12 Dekabr 2025
1341
17:29 / 12 Dekabr 2025
111
17:11 / 12 Dekabr 2025
1408
16:38 / 12 Dekabr 2025
1415
16:35 / 12 Dekabr 2025
207
16:30 / 12 Dekabr 2025
162
16:29 / 12 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.