Qaynar xətt:

(+99450) 247 90 86

8 kənd qazsız qalacaq - Bu tarixdən... 

CƏMİYYƏT

1162

14.07.2025, 20:51

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.

Oxu24.com  xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, bu, Masallı rayonu ərazisində yerləşən "Alvadı" qaz paylayıcı stansiyasından qidalanan Təzə Alvadı, Köhnə Alvadı, Meşəkənarı, Böyük Xocavar, Bambaşı, Yeyənkənd, Tatyanoba və Güllütəpə kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində aparılacaq kipliyə sınaq işləri ilə əlaqədardır.

Bununla bağlı sabah saat 10:00-dan işlər başa çatanadək ümumilikdə 8 kənd üzrə 4 900 abonentin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.