Sabahın havası AÇIQLANDI
13 Avqust 2025, 13:31
Qaynar xətt:
(+99450) 247 90 86SON DƏQİQƏ! “Azercell”in yeni qiymətləri bu cür olacaq – Rəsmi AÇIQLAMA
CƏMİYYƏT
2305
05.06.2025, 14:54
Son günlər sosial şəbəkələrdə “Azercell” mobil operatorunun yeni tarifləri müzakirələrə səbəb olub. Belə ki, yeni tarifə görə, bir manat ödənişlə nömrə yalnız bir gün aktiv qala biləcək. Bu da o deməkdir ki, nömrəni aktiv saxlamaq üçün balansa aylıq minimum 30 manat yükləmək lazım gələcək. Bu isə insanlara, xüsusilə yaşlılara sərf etmir.
Bəs əslində söhbət hansı tariflərdən gedir? Bu tariflər hansı tarifləri əvəzləyir?
“Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür
Məsələ ilə bağlı “Azercell”dən Oxu24.com-un sorğusuna cavab olaraq bildirilib ki, 19 iyun 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma tətbiq ediləcək.
Qeyd edilib ki, bu dəyişiklik çərçivəsində, balansın mütəmadi şəkildə artırılması zərurəti aradan qaldırılır.
Belə ki, balansda yetərli vəsait olduğu halda tarif paketinin aylıq abunə haqqı balansdan avtomatik çıxılacaq və nömrə 30 gün müddətində ikitərəfli, bu müddətdən sonra isə 90 gün ərzində birtərəfli (yəni müştəri ona gələn zəng və SMS-ləri qəbul edə bilir) olaraq açıq qalmağa davam edəcək.
Yeni tariflər və istifadə müddətləri
“Yeni yanaşmanın üstünlüyü ondan ibarətdir ki, tarifin istifadə müddəti ərzində abunəçi xəttini ikitərəfli açıq saxlamaqla yanaşı, tarifinin dəqiqə və internetindən tam yararlana biləcək.
Həmçinin oxuyun
Məsələn, 2 AZN-lik istənilən tarif paketində abunəçiyə ödəniş müqabilində 25 dəqiqə şəbəkədaxili danışıq və 250 MB internet təqdim olunur. Müqayisə üçün qeyd edək ki, dəyişiklikdən öncə bu tariflərdən istifadə edən abunəçinin nömrəsinin 30 gün aktiv qalması üçün minimal 5 AZN, daha uzun müddət üçün isə 10 AZN (60 gün üçün) və 25 AZN (90 gün üçün) yükləməsi tələb olunurdu.
Elanda qeyd olunduğu kimi, 01 iyul 2025-ci il tarixindən etibarən bütün nominallara (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) dair yeni istifadə müddətləri müəyyənləşdirilib. Lakin əvvəlki qaydalarda da olduğu kimi kartın istifadə müddəti bitdikdən sonra belə, abunəçinin nömrəsi 90 gün ərzində birtərəfli olaraq açıq qalır (yəni müştəri gələn zəng və SMS-ləri qəbul edə bilir)” – deyə məlumatda vurğulanıb.
Fakturasız (SimSim) xətt nömrələri üçün nə dəyişəcək?
Bundan başqa, bildirilib ki, fakturasız (SimSim) xətt nömrələrinə aid bəzi tariflərə yeni qoşulmalar dayandırılır:
“Belə ki, abunəçilər üçün daha əlverişli olan alternativ tarif paketlərini (məs. “Supersən”) nəzərə alaraq, aktuallığını itirməkdə olan “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOl həftəlik”, “GəncOl 6” və “GəncOl 9” tarif paketlərinə 01.07.2025 tarixindən yeni qoşulmalar dayandırılır.
Onu da qeyd edək ki, dəyişiklik hazırda bu tariflərdən istifadə edən cari müştərilərə şamil olunmur. 01.07.2025 tarixinə kimi abunəçilər özləri bu paketlərdən imtina edib başqa tarifə keçid etməsələr, yuxarıda sözügedən tarif paketlərindən istifadəyə davam edə biləcəklər. Müvafiq dəyişiklik Abunə Müqaviləsinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğundur.
Abunə Müqaviləsinin 2.7.-ci maddəsinə əsasən, Tariflər Azercell tərəfindən birtərəfli qaydada, Abunəçini ən azı 30 (otuz) təqvim günü əvvəl, müvafiq hallarda xidmətlərin xüsusiyyətləri, müəyyən müddətləri, bayram və əhəmiyyətli tarixləri, o cümlədən, müəyyən qrup və ya müxtəlif kateqoriya abunəçiləri əhatə edən kampaniya, aksiya və sair tədbirlər ilə əlaqədar isə ən azı 10 (on) təqvim günü əvvəl, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman isə öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri ilə bu Müqavilədə müəyyən edilmiş qaydada, xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq, sərbəst şəkildə dəyişdirilə bilər”.
16:30 / 13 Avqust 2025
ABŞ İsveçrənin neytrallıq siyasətinə şübhə etməyə başladığını bildirib
17
16:20 / 13 Avqust 2025
Tramp onları böyük insanlar adlandırdı
22
15:25 / 13 Avqust 2025
İqtisadçı Orbanın Ukraynanın bir gündə dağılması ilə bağlı dediklərini şərh edib
36
15:17 / 13 Avqust 2025
Maşın ayı balasını vurub öldürdü
37
14:47 / 13 Avqust 2025
Elza-Roza məhkəməsinin ŞOK DETALLARI: Kim qalib gəldi?
219
14:44 / 13 Avqust 2025
Nəcməddin Sadıkov Türkiyədə dindirilib?
54
14:13 / 13 Avqust 2025
Fil onunla selfi çəkdirmək istəyən şəxsi tapdaladı
88
13:57 / 13 Avqust 2025
Prezident bu Nazirliyin səlahiyyətlərini artırdı
1840
13:52 / 13 Avqust 2025
İnterpolun axtardığı şəxs Türkiyədə tutuldu
45
13:45 / 13 Avqust 2025
Paşinyan Aİİ-nin tədbirinə qatılmayacaq
53
13:41 / 13 Avqust 2025
Zaxarova açıqladı: Adamişin öldü
45
13:31 / 13 Avqust 2025
Sabahın havası AÇIQLANDI
191
13:05 / 13 Avqust 2025
İlham Əliyev Fərman İMZALADI
232
13:02 / 13 Avqust 2025
Kanada ukraynalıları İranın vurulan təyyarəsinin pulunu ödəməyə məcbur edir
165
12:59 / 13 Avqust 2025
Estoniya rusiyalı diplomatı ölkədən çıxarır
58
12:40 / 13 Avqust 2025
Ana evə gələrkən azyaşlı qızını yarıçılpaq vəziyyətdə görüb — Bakıda qandonduran CİNAYƏT (VİDEO)
1369
12:34 / 13 Avqust 2025
Balıkəsirdə zəlzələdə uçan binanın sahibi həbs edilib
44
12:28 / 13 Avqust 2025
Tramp-Putin görüşündə əlavə kim olacaq?
167
12:27 / 13 Avqust 2025
Evdən 6 min manat oğurlanıb
55
12:11 / 13 Avqust 2025
Peyk görüntüləri YAYILDI - Putinin iqamətgahı BELƏ QORUNUR
449
12:07 / 13 Avqust 2025
Pensiyalar verildi
57
11:46 / 13 Avqust 2025
Filippo: Tramp Putinlə görüşdən əvvəl AB-nin Ukrayna ilə bağlı planını məhv etdi
53
11:40 / 13 Avqust 2025
Sentyabr ayında bu bürclər varlanacaq
497
11:37 / 13 Avqust 2025
Ekologiya və Təbii Sərvətlər Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
54
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.