Camış ətində bu vitaminlər var imiş - FAYDALARI
14 Dekabr 2025, 19:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
419
24.05.2025, 09:00
Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılmasından bir il ötür.
Oxu24.com xatırladır ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.
Qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.
15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.
Həmçinin oxuyun
24 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
19:36 / 14 Dekabr 2025
1
19:27 / 14 Dekabr 2025
28
19:22 / 14 Dekabr 2025
18
18:57 / 14 Dekabr 2025
1089
17:55 / 14 Dekabr 2025
580
16:45 / 14 Dekabr 2025
1034
15:41 / 14 Dekabr 2025
815
15:09 / 14 Dekabr 2025
76
14:56 / 14 Dekabr 2025
163
14:08 / 14 Dekabr 2025
2042
13:58 / 14 Dekabr 2025
102
13:27 / 14 Dekabr 2025
118
13:18 / 14 Dekabr 2025
97
13:09 / 14 Dekabr 2025
131
12:54 / 14 Dekabr 2025
510
12:18 / 14 Dekabr 2025
1053
12:06 / 14 Dekabr 2025
2243
11:38 / 14 Dekabr 2025
106
11:30 / 14 Dekabr 2025
762
11:22 / 14 Dekabr 2025
83
10:43 / 14 Dekabr 2025
1104
10:33 / 14 Dekabr 2025
131
10:20 / 14 Dekabr 2025
114
09:40 / 14 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.