Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın yeni Hərbi prokuroru kimdir?   —   DOSYE 

Azərbaycanın yeni Hərbi prokuroru kimdir?   —   DOSYE 

CƏMİYYƏT

2181

13.05.2025, 17:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.

Oxu24.com  Bəhruz Əhmədovun dosyesini təqdim edir:

 

Bəhruz Əmədov 4 iyul 1984-cü ildə  Neftçala  rayonunda anadan olub. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.

Xidməti fəaliyyətinə Qarabağ hərbi prokurorluğunda başlayan Bəhruz Əhmədov həmin hərbi prokurorluğun müstəntiqi, böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, həmin idarənin kriminalistika şöbəsinin prokuroru vəzifələrində çalışıb.

O, 2018-ci ilin noyabrında Qazax Hərbi Prokuroru vəzifəsinə təyin olunub.

2020-ci il iyulun 9-da isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəisi vəzifəsinə Bəhruz Əhmədov təyin edilib.