Prezidentin Fərmanı nəyi DƏYİŞİR? - Ekspert mühüm DETALI AÇIQLADI
18 Noyabr 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
462
11.05.2025, 23:55
Evimizdə əksər elektron cihaz sönülü görünsə də, əslində enerji sərf etməyə davam edir.
Oxu24.com xəbər verir ki, mütəxəssislər bunun zaman keçdikcə elektrik xərclərini gözlənilməz dərəcədə artırdığına diqqət çəkirlər.
Xüsusilə televizorlar, printerlər, masaüstü kompüterlər, səs sistemləri və oyun konsolları kimi bir çox cihaz səssizcə enerji istehlak edir. Uzaqdan idarəetmə ilə söndürülən cihazlar isə tamamilə sönmək əvəzinə gözləmə rejimində işləməyə davam edərək ay ərzində elektrik sərfiyyatını əhəmiyyətli dərəcədə artırır.
Mütəxəssislərin araşdırmalarına əsasən, gözləmə rejimində olan televizorlar saatda təxminən 1-5 vatt enerji sərf edir. Lakin bu göstərici inkişaf etmiş oyun konsollarında saatda 10 vatt-a qədər yüksələ bilər. Bundan əlavə, mikrodalğalı sobalar, paltaryuyan maşınlar, elektrik jalüzləri, görüntülü domofon sistemləri və toxunuşla işləyən işıqlandırma sistemləri də az miqdarda olsa belə, daimi şəkildə enerji sərf edir. Elektrik yuvasında unudulan telefon şarj cihazları isə bu görünməz enerji oğruları arasında mühüm yer tutur.
Bu tip cihazların enerji sərfiyyatını minimuma endirmək üçün istifadə olunmadıqda onları tamamilə söndürmək və ya elektrik şəbəkəsindən ayırmaq tövsiyə olunur. Xüsusilə çoxsaylı cihaz qoşulu olan evlərdə enerji qoruyucu uzadıcılar və ya ağıllı açar sistemlərdən istifadə edilməsi həm rahatlıq, həm də qənaət baxımından effektiv nəticələr verə bilər./Musavat.com
22:11 / 18 Noyabr 2026
13
21:55 / 18 Noyabr 2026
40
21:53 / 18 Noyabr 2026
83
21:40 / 18 Noyabr 2026
69
21:26 / 18 Noyabr 2026
67
21:20 / 18 Noyabr 2026
72
21:09 / 18 Noyabr 2026
75
21:03 / 18 Noyabr 2026
98
20:53 / 18 Noyabr 2026
104
20:50 / 18 Noyabr 2026
88
20:45 / 18 Noyabr 2026
234
20:42 / 18 Noyabr 2026
116
20:40 / 18 Noyabr 2026
100
20:34 / 18 Noyabr 2026
104
20:28 / 18 Noyabr 2026
97
20:19 / 18 Noyabr 2026
599
20:05 / 18 Noyabr 2026
131
19:56 / 18 Noyabr 2026
120
19:41 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
108
19:36 / 18 Noyabr 2026
103
19:26 / 18 Noyabr 2026
118
19:19 / 18 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.