Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1226
08.05.2025, 16:23
Bakıda qəzalı və kəskin qəzalı vəziyyətdə olan binaların mərhələli şəkildə sökülməsi planlaşdırılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata əsasən, hazırda paytaxt üzrə 194 bina və 6 415 mənzili əhatə edən tədbirlərin icrasına start verilib. Bu proses yalnız şəhərin simasının yenilənməsinə deyil, daşınmaz əmlak bazarında mühüm dəyişikliklərə də yol aça bilər.
Lakin illərdir köhnə və qəzalı binaların sökülməsi ilə bağlı müxtəlif proqram və planlar açıqlansa da, bu prosesin real icrasında ciddi ləngimələr müşahidə olunur. Sakinlərin razılığının alınması, alternativ mənzillə təminat məsələləri, maliyyə vəsaitlərinin ayrılması və texniki prosedurların vaxt aparması kimi səbəblər bu ləngimənin əsas amilləri sırasında yer alır. Bəzi hallarda isə bina sakinləri ilə investorlar arasında razılaşmanın əldə olunmaması layihələrin illərlə uzanmasına gətirib çıxarır.
Bəs növbəti söküntü işləri harada aparılacaq və proses nə zaman başlayacaq?
Oxu24.com xəbər verir ki, Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı News24.az-a açıqlamasında bildirib ki, mövcud proqram çərçivəsində artıq qiymətləndirmə işləri aparılıb və müəyyən binalarla bağlı tenderlər elan edilib:
"Proses əslində gedir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı qiymətləndirmə işləri aparıb və hətta tenderlər elan edib. Düzdür, proqramda binaların hamısının yerində tikinti nəzərdə tutulmur. Onların bəziləri sökülür və sakinlərə kompensasiya verilməklə ərazidən köçürülür. Amma elə ərazilər var ki, orada söküntünün aparılması və yeni binaların tikilməsi mütləqdir".
Həmçinin oxuyun
Ekspertin sözlərinə görə, hazırda paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami və digər rayonlarında kifayət qədər köhnə və təhlükəli binalar mövcuddur. Bu binaların bəzilərində hələ də vətəndaşlar yaşayır ki, bu da həm onların həyat təhlükəsizliyi, həm də şəhərsalma baxımından ciddi problemlər yaradır:
"Bu proses mərhələli şəkildə davam edəcək və hər birinin yerində müasir yaşayış kompleksləri inşa ediləcək. Bu, təkcə şəhərin görüntüsünü dəyişmək üçün yox, həm də vətəndaşların daha təhlükəsiz və rahat yaşayış şəraiti ilə təmin olunması baxımından vacibdir. Proses Bakı şəhərinin baş planına uyğun şəkildə həyata keçirilir və bu il ərzində sürətləndirilməsi ilə bağlı müvafiq göstərişlər də verilib. Böyük ehtimalla ilin ortalarından sonra daha fəal dinamika müşahidə olunacaq".
Ramil Osmanlı həmçinin qeyd edib ki, bu tip yenidənqurma və söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək. Belə ki, yeni layihələr bazara daxil olduqca, həm qiymət dinamikasında, həm də təklif strukturunda dəyişikliklər baş verə bilər.
17:43 / 13 Dekabr 2025
63
17:09 / 13 Dekabr 2025
33
16:55 / 13 Dekabr 2025
128
15:58 / 13 Dekabr 2025
58
15:47 / 13 Dekabr 2025
58
15:39 / 13 Dekabr 2025
72
15:08 / 13 Dekabr 2025
1880
14:50 / 13 Dekabr 2025
71
14:38 / 13 Dekabr 2025
105
14:28 / 13 Dekabr 2025
93
14:22 / 13 Dekabr 2025
85
14:12 / 13 Dekabr 2025
271
13:14 / 13 Dekabr 2025
1463
13:07 / 13 Dekabr 2025
937
12:58 / 13 Dekabr 2025
702
12:16 / 13 Dekabr 2025
1177
12:08 / 13 Dekabr 2025
135
11:44 / 13 Dekabr 2025
90
11:30 / 13 Dekabr 2025
112
11:09 / 13 Dekabr 2025
982
11:07 / 13 Dekabr 2025
443
10:25 / 13 Dekabr 2025
1188
09:15 / 13 Dekabr 2025
911
09:06 / 13 Dekabr 2025
1092
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.