Doğum günü olan ŞƏHİD
29 İyul 2025, 10:20
Qaynar xətt:
(+99450) 247 90 86Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
CƏMİYYƏT
179
08.05.2025, 13:33
Azərbaycanın bir qrup tanınmış ziyalısı həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət ünvanlayıblar.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, müraciətdə T. Yaqublunun keçirdiyi aclıq aksiyasının artıq 6-cı həftəni geridə qoyduğu və aclığın yaratdığı fiziki-psixoloji fəsadların onun həyatına real təhlükə yaratdığı bildirilib.
Müraciətdə deyilir:
“Bu gün Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatının fəal iştirakçılarından biri, Qarabağ qazisi Tofiq Yaqublunun həyatı real təhlükə qarşısındadır. Onun həbsxanada başladığı ölüm aclığı terminal mərhələyə qədəm qoyub. Tam qida aclığının artıq 6-cı həftədə yaratdığı fəsadlar ciddi təşviş doğurur. Aclıqdan qaynaqlanan kəskin halsızlıq və zəiflik, yaddaşın zəifləməsi və hərdən itməsi, fikirləri qarışdırması, tutmaşəkilli dözülməz mədə ağrıları, ürəkbulanma, qusma, yetərincə çəki itkisi 65 yaşlı bir insan üçün birbaşa ölümə doğru gedən yoldur.
Tofiq Yaqublu və onun ailəsi bir neçə il öncə gənc qızları Nərgizin itkisinin acısını hələ də sarsıntı ilə yaşamaqdadır. Digər qızı Nigar hazırda hamiləliyin son günlərini yaşayır. Ailə son dərəcə həyəcan və təlaş içərisindədir. Hər an gözlənilməyən hadisələr baş verə və bir ailə yeni faciə ilə üzləşə bilər.
Cənab Prezident! Dövlətin öz vətəndaşına mərhəmət və humanizm göstərməsi onun gücünün və əzəmətinin ifadəsidir. Sizdən rəhbərlik etdiyiniz ölkənin vətəndaşı kimi Tofiq Yaqublunun həyatını xilas etmək üçün iradə göstərməyinizi xahiş edirik”.
Müraciəti aşağıdakı tanınmış şəxslər imzalayıb:
Adil Qeybulla - Professor
Sabir Rüstəmxanlı - Xalq şairi, VHP sədri
Məmməd İsmayıl - Şair
Rüstəm Behrudi - Şair
Həmçinin oxuyun
Cavanşir Quliyev - Əməkdar İncəsənət Xadimi
Qulu Məhərrəmli - Professor
Erkin Qədirli - Millət vəkili
Eldəniz Quliyev - Ssenarist, kinodramaturq
Hilal Məmmədov - Hüquq müdafiəçisi
Qorxmaz İbrahimli - İctimai xadim
Sərdar Cəlaloğlu - ADP sədri
MirMahmud Mirəlioğlu - KXCP sədri
Bahəddin Həzi - Yazıçı-publisist
10:27 / 29 İyul 2025
Genel qəzada öldü
1
10:20 / 29 İyul 2025
Doğum günü olan ŞƏHİD
9
10:20 / 29 İyul 2025
Yay tətilində dərs oxumaq lazımdır ya yox?
9
10:15 / 29 İyul 2025
Tramp Çinə səfər etmək üçün dəvət aldığını bildirib
10
10:10 / 29 İyul 2025
Ailə institutu niyə sıradan çıxır?
12
10:01 / 29 İyul 2025
Bülənt Ərsoy dəliyə DÖNDÜ: Borcunu istəyir - FOTO
81
10:00 / 29 İyul 2025
İlan zəhəri nə zaman ölümcül olur?
16
09:56 / 29 İyul 2025
DYP "kablok"la maşın sürənlərə XƏBƏRDARLIQ ETDİ
99
09:50 / 29 İyul 2025
İndoneziyada güclü zəlzələ oldu
64
09:40 / 29 İyul 2025
Bakıda 22 yaşlı gəlin qətlə yetirildi
66
09:30 / 29 İyul 2025
“Sülh masası Türkiyədə qurulacaq” - Ərdoğan
79
09:29 / 29 İyul 2025
Xalq artistinin oğlu vəfat etdi - FOTO
331
09:26 / 29 İyul 2025
Döyüşlər yenidən başladı
28
09:20 / 29 İyul 2025
Rusiya Ukrayna ilə 20 nəzarət-buraxılış məntəqəsini bağlayır
25
09:18 / 29 İyul 2025
“Patriot”un Ukraynaya tədarükü Almaniyanı hədəfə çevirəcək?
24
09:13 / 29 İyul 2025
Rubl görün neçəyə oldu
241
09:10 / 29 İyul 2025
Alim Qasımov qızını Nigar Camaldan müdafiə etdi
67
09:00 / 29 İyul 2025
Yadplanetlilərin gəmisi hərəkətə başladı: Bu tarixdə Yerə enəcəklər - Qırğın törədəcəklər
69
08:45 / 29 İyul 2025
Ağdamın Xıdırlı kəndinə köç karvanı yola salınıb
31
08:22 / 29 İyul 2025
Şəmkirdə qanlı hadisə
27
08:20 / 29 İyul 2025
Bu yollara GİRMƏYİN!
28
07:33 / 29 İyul 2025
Zəlzələ oldu
407
22:54 / 28 İyul 2025
Tramp: Putinə Ukrayna ilə razılaşmaq üçün 10 gün vaxt veririk
380
22:38 / 28 İyul 2025
Şəxsiyyət vəsiqəsinin fotosunu “WhatsApp”la göndərənlərə XƏBƏRDARLIQ
585
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.