Bakıda yaşayanlara XƏBƏRDARLIQ!Noyabrın 20-də gecə saatlarında...
19 Noyabr 2026, 19:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
603
09.03.2025, 10:16
Rusiyalı nevroloq Qalina Çudinskaya "İzvestiya"ya müsahibəsində qoxuların insan həyatında göründüyündən daha böyük bir rola malik olduğunu bildirib.
Oxu24.com xəbər verir ki, onun sözlərinə görə, qoxular əhvali-ruhiyyə, konsentrasiya, yaddaş və hətta əmək qabiliyyəti üzərində mühüm təsir göstərir.
Mütəxəssisin fikrincə, müxtəlif qoxular müxtəlif təsirlər yaradır. Məsələn, limon, rozmarin, nanə, reyhan, adaçayı və evkalipt kimi qoxular konsentrasiyanı artırır və zehni fəaliyyəti stimullaşdırır. Əksinə, kəklikotu, lavanda və melisa kimi aromatlar stressin səviyyəsini azaldır və rahatlaşmağa kömək edir.
Çudinskaya 2017-ci ildə Cənubi Federal Universitetində aparılan bir araşdırmanın nəticələrini də xatırladıb. Araşdırma portağal efir yağının qoxusunun qısamüddətli vizual yaddaşı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bildiyini göstərib.
Nevroloq əlavə edib ki, məktəblilər və tələbələr üçün sinif otaqlarında stimullaşdırıcı qoxuların, məsələn, sitrus və ya nanə qoxularının istifadəsi mənimsəməni yaxşılaşdıra bilər. Eyni zamanda, istirahət yerlərində sakit atmosfer yaratmaq üçün rahatlaşdırıcı aromatlardan istifadə etmək daha uyğun olardı.
O, həmçinin qeyd edib ki, qoxu qabiliyyətinin itməsi ‒ anosmiya yalnız fiziki narahatlığa səbəb olmur, həm də ciddi stressə yol açır.
19:10 / 19 Noyabr 2026
21
19:05 / 19 Noyabr 2026
36
18:55 / 19 Noyabr 2026
59
18:50 / 19 Noyabr 2026
93
18:07 / 19 Noyabr 2026
164
17:58 / 19 Noyabr 2026
98
17:50 / 19 Noyabr 2026
85
17:47 / 19 Noyabr 2026
326
17:45 / 19 Noyabr 2026
91
17:41 / 19 Noyabr 2026
89
17:34 / 19 Noyabr 2026
91
17:30 / 19 Noyabr 2026
101
17:20 / 19 Noyabr 2026
101
17:15 / 19 Noyabr 2026
99
17:01 / 19 Noyabr 2026
272
16:51 / 19 Noyabr 2026
377
16:50 / 19 Noyabr 2026
135
16:48 / 19 Noyabr 2026
110
16:35 / 19 Noyabr 2026
126
16:29 / 19 Noyabr 2026
119
16:24 / 19 Noyabr 2026
123
16:18 / 19 Noyabr 2026
140
16:15 / 19 Noyabr 2026
458
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.