Qaynar xətt:

(+99450) 247 90 86

Bakı-Sumqayıt qatarları niyə gecikir? 

Bakı-Sumqayıt qatarları niyə gecikir? 

CƏMİYYƏT

521

07.03.2025, 20:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hazırda Bakı Dəmiryol Vağzalında qatarların hərəkətində gecikmələr müşahidə olunur, növbələr yaranıb.

Oxu24.com  xəbər verir ki, məsələ ilə bağlı ADY-nin mətbuat xidmətindən verilən məlumata görə, intervallardakı gecikmələr qatarların birində yaranan texniki nasazlıqla bağlıdır:

“Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarda texniki nasazlıq meydana gəlib. Həmin qatar xətdə yarım saata yaxın müddətdə qaldığı üçün, bu, digər qatarların da hərəkət qrafikinə təsir edib. Problem qısa müddətdə aradan qaldırılacaq”.