“BDU-da islahatlara Hüquq fakültəsindən başlanılmalıdır” - Ceyhun Yusifov
21 Noyabr 2026, 12:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1068
19.12.2024, 15:32
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərinin perspektiv inkişafını nəzərə almaqla paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verir.
Oxu24.com xəbər verir ki, layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.
Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və "Nərimanov" metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalacaq, habelə "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılacaq.
Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşurutunun yaradılması hesabına Hedər Əliyev prospektinin yan yolunda müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.
Həmçinin, qeyd edilən birləşməsinin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb periferiyaları arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.
O da bildirilib ki, şəhər əhəmiyyətli magistral küçə olacaq yolun ümumi uzunluğu 3896 metr, enləri 3,5 metr olmaqla 6 zolaqlı olacaq. Yolda 4 ədəd tunel tikintisi, 3 ədəd yeraltı piyada keçidi nəzərdə tutulub.
Qeyd edək ki, yeni yolun çəkilməsi ilə əlaqədar Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Keşlə bazarı” söküləcək.
12:08 / 21 Noyabr 2026
1
11:54 / 21 Noyabr 2026
48
11:50 / 21 Noyabr 2026
63
11:41 / 21 Noyabr 2026
60
11:28 / 21 Noyabr 2026
524
11:27 / 21 Noyabr 2026
82
11:24 / 21 Noyabr 2026
75
11:16 / 21 Noyabr 2026
82
11:07 / 21 Noyabr 2026
101
11:00 / 21 Noyabr 2026
864
10:58 / 21 Noyabr 2026
93
10:33 / 21 Noyabr 2026
108
10:28 / 21 Noyabr 2026
116
10:27 / 21 Noyabr 2026
126
10:00 / 21 Noyabr 2026
162
09:42 / 21 Noyabr 2026
150
09:38 / 21 Noyabr 2026
119
09:35 / 21 Noyabr 2026
96
09:33 / 21 Noyabr 2026
114
09:03 / 21 Noyabr 2026
110
00:12 / 21 Noyabr 2026
219
23:31 / 20 Noyabr 2026
221
23:23 / 20 Noyabr 2026
219
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.