Qəza anı kameraya düşdü
23 Noyabr 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
339
04.09.2024, 20:10
Sentyabrın 5-də Ermənistanda yeni konstitusiyanın müzakirəsinə start veriləcək.
OXU24.COM xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bildirib.
Onun sözlərinə görə, sabah komissiyanın iclasında Konstitusiya İslahatları Şurasının üzvü Daniel İoannisyanın konstitusiya reqlamentinə sabit səs çoxluğu ilə yenidən baxılması təklifi müzakirə olunacaq.
Nazir deyib ki, referendum keçirilmədən də dəyişdirilə bilən konkret maddələrin müzakirəsi təklif olunub.
“Bu, müzakirə edəcəyimiz yeni bir məsələdir və Şura bununla əlaqədar qərar verəcək. 2027-ci ildə konstitusiya referendumunun keçiriləcəyi ilə bağlı ilkin təsəvvürlər var. O zamanadək hər şeyi təfərrüatı ilə, ictimai müzakirələr vasitəsilə, peşəkar ictimaiyyətlə işləmək üçün kifayət qədər vaxtımızın olması vacibdir”, - deyə nazir vurğulayıb.
O deyib ki, Şuranın üzvləri müxtəlif layihələrdə iştirak edən insanlardır, onlar hər şeyi sakit və hərtərəfli təhlil edə biləcəklər.
“Elə məsələlər var ki, biz onları artıq səsə qoymuşuq, müzakirə etmişik, lakin hələ görüləsi işlər çoxdur. Deyə bilərik ki, sabah yeni konstitusiyanın və yeri gəlmişkən, yeni ideyaların müzakirəsinə yeni start veriləcək”, - deyə nazir əlavə edib.
22:14 / 23 Noyabr 2026
1
21:55 / 23 Noyabr 2026
51
21:51 / 23 Noyabr 2026
191
21:44 / 23 Noyabr 2026
74
21:35 / 23 Noyabr 2026
73
21:27 / 23 Noyabr 2026
100
20:55 / 23 Noyabr 2026
1139
20:46 / 23 Noyabr 2026
77
20:37 / 23 Noyabr 2026
100
20:21 / 23 Noyabr 2026
97
20:16 / 23 Noyabr 2026
142
20:09 / 23 Noyabr 2026
122
19:53 / 23 Noyabr 2026
102
19:39 / 23 Noyabr 2026
450
19:33 / 23 Noyabr 2026
99
19:14 / 23 Noyabr 2026
110
19:10 / 23 Noyabr 2026
457
19:00 / 23 Noyabr 2026
121
18:46 / 23 Noyabr 2026
313
18:42 / 23 Noyabr 2026
175
18:35 / 23 Noyabr 2026
147
18:13 / 23 Noyabr 2026
136
18:09 / 23 Noyabr 2026
5449
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.