Qəza anı kameraya düşdü
23 Noyabr 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
235
03.09.2024, 19:32
Bakıda COP29 sədri qismində Azərbaycanın təşəbbüsü ilə “İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq” keçirilib.
OXU24.COM xəbər verir ki, tədbirin məqsədi iqlim şəffaflığı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tərəf ölkələr arasında etimad mühitinin formalaşdırılmasına dəstək verilməsi, İkiillik Şəffaflıq Hesabatlarının (Biennial Transparency Report/BTR) hazırlanması və bu istiqamətdə ölkələrə dəstəyin verilməsinin təşviq edilməsindən ibarət olub.
Tədbirdə ümumilikdə 120-dən çox ölkə və beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər, o cümlədən Türkiyə, Özbəkistan, Yaponiya, Gürcüstan, Qazaxıstan, Braziliya, Qırğızıstanın nazir və nazir müavinləri, UNFCCC-nin icraçı katibi, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini, Avropa İttifaqı, Avstraliya, Norveç, İsveçrə, Almaniya, Birləşmiş Krallıq, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrin iqlim üzrə baş danışıqçıları və digər nümayəndələr iştirak edib.
Dialoqda açılış nitqi ilə çıxış edən COP29-un Müəyyən edilmiş Prezidenti Muxtar Babayev, iqlim dəyişmələri ilə mübarizədə qlobal səviyyədə əməkdaşlığın önəmini vurğulayıb.
O, bu il ilk dəfə təqdim ediləcək BTR-ların iqlim dəyişmələri sahəsində görülən işlərin obyektiv qiymətləndirilməsində mühüm rol oynadığını bildirib: "Bu hesabatlar Paris Sazişi çərçivəsində ölkələrin öhdəliklərini yerinə yetirməsində önəmli rol oynayacaq, eyni zamanda iqlim dəyişmələri ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətləri daha da gücləndirərək, qlobal səviyyədə bu səylərə əhəmiyyətli töhfə verəcək".
Dialoq çərçivəsində Azərbaycanın COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində mühüm irsi olacaq “Bakı Qlobal İqlim Şəffaflığı Platforması” (Baku Global Climate Transparency Platform/BTP) təqdim edilib.
COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev çıxışında bu platformanın əsas məqsədinin qlobal səviyyədə iqlim şəffaflığı üzrə əməkdaşlığı gücləndirmək, ölkələr arasında etimad mühitini formalaşdırmaq və inkişaf etməkdə olan ölkələrə BTR-ların hazırlanması prosesində dəstək verməkdən ibarət olduğunu vurğulayıb.
Eyni zamanda platforma Paris Sazişi çərçivəsində Genişləndirilmiş Şəffaflıq Çərçivəsinin (Enhanced Transparency Framework/ETF) tətbiqini dəstəkləyərək, universal iştirakın təmin olunmasına töhfə verəcək.
Tədbir çərçivəsində həmçinin COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində apardığı qlobal səylərə əlavə töhfə vermək məqsədilə təyin edilmiş COP29-un iqlim şəffaflığı üzrə yüksək səviyyəli nümayəndələrinin təqdimatı olub.
Tədbirdə çıxış edən nazir və nazir müavinləri, eləcə də digər yüksək səviyyəli rəsmilər iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərin gücləndirilməsinə, şəffaflığın artırılmasına və ölkələr arasında etimad mühitinin yaradılmasına Azərbaycan tərəfindən verilən töhfələrin mühüm əhəmiyyətini vurğulayıb, COP29 sədri qismində Azərbaycan tərəfindən irəli sürülən Bakı Qlobal İqlim Şəffaflığı Platformasına (BTP) dəstəyini ifadə ediblər.
22:54 / 23 Noyabr 2026
1
22:39 / 23 Noyabr 2026
41
22:37 / 23 Noyabr 2026
61
22:30 / 23 Noyabr 2026
59
22:25 / 23 Noyabr 2026
74
22:14 / 23 Noyabr 2026
114
21:55 / 23 Noyabr 2026
80
21:51 / 23 Noyabr 2026
349
21:44 / 23 Noyabr 2026
108
21:35 / 23 Noyabr 2026
100
21:27 / 23 Noyabr 2026
127
20:55 / 23 Noyabr 2026
1512
20:46 / 23 Noyabr 2026
100
20:37 / 23 Noyabr 2026
129
20:21 / 23 Noyabr 2026
122
20:16 / 23 Noyabr 2026
176
20:09 / 23 Noyabr 2026
146
19:53 / 23 Noyabr 2026
120
19:39 / 23 Noyabr 2026
488
19:33 / 23 Noyabr 2026
117
19:14 / 23 Noyabr 2026
116
19:10 / 23 Noyabr 2026
486
19:00 / 23 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.