Qaynar xətt:

(+99450) 247 90 86

Yeddi mindən çox məzun ali məktəblərə ərizə verməyib

Yeddi mindən çox məzun ali məktəblərə ərizə verməyib

CƏMİYYƏT

370

26.08.2024, 14:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu il üçün yeddi mindən çox məzun ali təhsil müəssisələrinə ərizə verməyib.

Oxu24.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu il 101 mindən çox məzun vardı:

“83 min məzun ərizə verib. 7 mindən çox məzun isə ərizə verməmişdi. Əsas qəbul olunanlar bu ilin məzunları olub”.