Qaynar xətt:

(+99450) 247 90 86

Mənzildə meyit tapılıb

Mənzildə meyit tapılıb

CƏMİYYƏT

334

19.08.2024, 13:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində 2 nəfərin liftdə, Nəsimi rayonunda 1, Binəqədi rayonunda 1, Nizami rayonunda 1 və Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

Oxu24.com FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib, bir nəfərin isə meyiti aidiyyəti üzrə təhvil verilib.