Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda müəllim əri tərəfindən zorakılığa məruz qalıb

Azərbaycanda müəllim əri tərəfindən zorakılığa məruz qalıb

CƏMİYYƏT

337

18.08.2024, 10:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Daxili İşlər Nazirliyi ali təhsilli müəllimin zorakılığa məruz qalması iddiası ilə bağlı məlumat yayıb.

OXU24.COM  xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Sabirabad rayonunda həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadın bu barədə polisə məlumat verib.

Qadının izahatı alınıb və polis əməkdaşları tərəfindən onun sığınacağa yerləşdirilməsi təmin edilib.

Zərərçəkən şəxs xəsarətlərinin dərəcəsinin təyin edilməsi üçün ekspertizaya göndərilib. Hadisəyə hüquqi qiymətin verilməsi və qadına zorakılıq etdiyi iddia olunan həyat yoldaşının ifadəsinin alınması, eləcə də digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi istiqamətində araşdırmalar davam etdirilir.