Qaynar xətt:

(+99450) 247 90 86

Şəhid Cəmaləddin İbrahimov Bakıda dəfn edildi

Şəhid Cəmaləddin İbrahimov Bakıda dəfn edildi

CƏMİYYƏT

326

15.08.2024, 16:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İbrahimov Cəmaləddin İbad oğlunun nəşi paytaxtın Suraxanı rayonunun Əmircan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Oxu24.com  xəbər verir ki, dəfn mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cəmaləddin İbrahimov 1994-cü ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.