Həyətyanı sahələrin özəlləşdirilməsi üçün əsas yaradılır
24 Noyabr 2026, 17:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
268
30.07.2024, 16:42
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac hallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində icrası nəzərdə tutulan 7 layihədən biri artıq yekunlaşıb.
Oxu24.com xəbər verir ki, bu gündən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən müntəzəm marşrut avtobusları birbaşa Xəlil Rza Ulutürk küçəsindən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Heydər Əliyev prospekti, Qara Qarayev və Zabrat yoluna istiqamətlənir.
Nəticədə Nəqliyyat Mübadilə Mərkəzindən Heydər Əliyev prospekti, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalıb. 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə düşüb. Sözügedən istiqamət üzrə 31 marşrut üzrə 300-dən çox avtobus sərnişinlərə xidmət göstərir.
Həyata keçirilən dəyişikliklər müntəzəm marşrut avtobuslarının hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradır.
Qeyd edək ki, əvvəllər avtobuslar Heydər Əliyev prospektindən “Atletlər kəndi” boyunca dövrə vuraraq Ziya Bünyadov prospektinə istiqamətlənirdi. Avtobuslar Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi 1800 metrdən çox məsafə qət edirdi.
Layihənin icrası nəticəsində 300-dən çox avtobusun Heydər Əliyev prospektinə daxil olmasının qarşısı alınacaq. Bu da öz növbəsində ərazidə sıxlığın azalmasına öz töhfəsini verəcək.
17:48 / 24 Noyabr 2026
1
17:48 / 24 Noyabr 2026
29
17:41 / 24 Noyabr 2026
36
17:32 / 24 Noyabr 2026
58
17:30 / 24 Noyabr 2026
87
17:22 / 24 Noyabr 2026
89
17:07 / 24 Noyabr 2026
111
17:05 / 24 Noyabr 2026
80
17:05 / 24 Noyabr 2026
83
16:58 / 24 Noyabr 2026
91
16:50 / 24 Noyabr 2026
91
16:40 / 24 Noyabr 2026
144
16:36 / 24 Noyabr 2026
111
16:25 / 24 Noyabr 2026
109
16:21 / 24 Noyabr 2026
105
16:09 / 24 Noyabr 2026
111
16:07 / 24 Noyabr 2026
102
16:02 / 24 Noyabr 2026
130
15:41 / 24 Noyabr 2026
118
15:40 / 24 Noyabr 2026
147
15:36 / 24 Noyabr 2026
1022
15:34 / 24 Noyabr 2026
444
15:29 / 24 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.