KƏLBƏCƏRİN AZADLIĞA QOVUŞMASINDAN ALTI İL ÖTÜR
24 Noyabr 2026, 18:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
336
29.07.2024, 13:04
Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) eksperti Kənan Ağazadənin müəllifi olduğu məqalə "TÜRK DÜNYASI JEOPOLİTİĞİ" adlı kitabda dərc olunub.
Müəllif qeyd edir ki, Azərbaycan, Türkmənistan və Türkiyə arasında, strateji əməkdaşlıq məhz sıx qarşılıqlı əlaqə yaradılmasına yönəlib. Türkmənistan və Azərbaycan Qlobal Arenada tam əsasla suveren siyasət barədə danışa bilən ölkələrdir. Türkmənistan və Azərbaycan özlərini tamamilə təmin edən ölkələrdir. Azərbaycan və Türkmənistan beynəlxalq strukturlarda bir-birini fəal dəstəkləyir. Azərbaycanın və Türkmənistanın üzərinə götürdüyü məsuliyyət və oynayacağı rol həyati əhəmiyyət daşıyır. Qarabağda qazanılan qələbədən sonra yeni mərhələ başladı. Cənubi Qafqazda formalaşacaq yeni düzən başlayan mərhələnin də taleyini müəyyənləşdirəcək.
Azərbaycan və Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq və bu Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq. Türkmənistan mal və əmtəələrinin Azərbaycan ərazisindən qardaş Türkiyəyə, oradan da Avropa bazarına çıxaracaq kommunikasiyaların açılması Avropaya hava və su kimi zəruri olduğu vurğulanır.
Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib və bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib.
O cümlədən Azərbaycan Çindən başlayan, Mərkəzi Asiyadan və Xəzərdən Cənubi Qafqaza, oradan Türkiyə və Avropaya uzanan “Bir kəmər bir yol” layihəsinin gerçəkləşdirilməsi, eyni zamanda qədim İpək Yolunun yenidən canlandırılması istiqamətində yalnız enerji sahəsində deyil, həm də dəhliz siyasəti və marşrutların təhlükəsizliyi məsələsində kritik ölkə mövqeyindədir.
Bundan əlavə, Azərbaycan və Türkmənistan istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil və öz milli dəyərlərinə tam sadiqdirlər.
Sonda bir daha müəllif vurğulamaq istəyir ki, Türk dünyasının nicatı məhz birlik və həmrəylikdən keçir.
Həmçinin oxuyun
18:24 / 24 Noyabr 2026
4
18:19 / 24 Noyabr 2026
37
18:13 / 24 Noyabr 2026
71
18:08 / 24 Noyabr 2026
88
18:04 / 24 Noyabr 2026
68
17:58 / 24 Noyabr 2026
78
17:55 / 24 Noyabr 2026
387
17:48 / 24 Noyabr 2026
94
17:48 / 24 Noyabr 2026
78
17:41 / 24 Noyabr 2026
88
17:32 / 24 Noyabr 2026
86
17:30 / 24 Noyabr 2026
112
17:22 / 24 Noyabr 2026
105
17:07 / 24 Noyabr 2026
137
17:05 / 24 Noyabr 2026
92
17:05 / 24 Noyabr 2026
92
16:58 / 24 Noyabr 2026
106
16:50 / 24 Noyabr 2026
105
16:40 / 24 Noyabr 2026
151
16:36 / 24 Noyabr 2026
120
16:25 / 24 Noyabr 2026
119
16:21 / 24 Noyabr 2026
115
16:09 / 24 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.