Qaynar xətt:

(+99450) 247 90 86

2 avtobus çaya yuvarlanıb: 62 nəfər itkin düşüb

2 avtobus çaya yuvarlanıb: 62 nəfər itkin düşüb

CƏMİYYƏT

333

12.07.2024, 16:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nepalın Çitvan bölgəsində baş verən iki ayrı yol qəzasında iki avtobus torpaq sürüşməsi nəticəsində çaya yuvarlanıb. Nəticəsdə ümumilikdə 62 nəfər itkin düşüb.

Oxu24.com-nun  "The Kathmandu Post”-a istinadən qəzetinin məlumatına görə, Çitvan bölgəsinin rəsmilərindən İndradev Yadav paytaxt Katmandudan Gaur şəhərinə gedən 41 nəfərin olduğu avtobusun torpaq sürüşməsi nəticəsində çaya düşdüyünü deyib, 3 nəfərin isə avtobusdan tullanaraq xilas olduğunu bildirilib. 

Yadav Katmanduya doğru hərəkət edən 24 nəfərlik başqa bir avtobusun da eyni səbəbdən çaya düşdüyünü, itkin düşən 62 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.