Astarada iki avtomobil toqquşub, xəsarət alan var
27 Noyabr 2026, 19:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
451
09.04.2024, 15:15
"Konkret olaraq bu məhsullar zərərlidir deyə biləcəyim məhsullar var. Onların bir çoxunu istehlakçılar gətiriblər, bizim ofisdə böyük bir kolleksiya var. İldə bir dəfə onları çıxarıb atıram, amma yenə də gəlməyə davam edir".
OXU24.COM yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. "Künc-Bucaq" "YouTube" layihəsinin qonağı olan birlik sədri hər gün yediyiniz bəzi qidaların tərkibinin heç də sağlam olmadığını açıqlayıb:
"Sözügedən məhsulları bir-bir göstərə bilərəm. Hazırda satışda saxta duzlar, yağlar, ballar var. Onlar istehlakçıları aldadırlar. Ofisimizdə qapağı açılmamış su var ki, onun içində "gümüşlər" üzür.
Bu yağlar spred yağlardır, üstünə natural yağ olduğu yazılır, inək şəkli vurulur, lakin tərkibində bitki yağı var, hansı bitki yağı olduğu isə bilinmir, mənşəyi məlum deyil. Onların tərkibində palma yağı olsa da, üstünə bunu yazmır və istehlakçıdan gizlədirlər.
Bu gün satışda olan ballar var, üstünə bal yazılsa da, tərkibinin balla əlaqəsi yoxdur. İçinə cürbəcür qatqılar qarışdırılır. Bu isə şübhəsiz ki, sağlamlığa zərərlidir. Alıcı elə bilir ki, qiyməti ucuzdur, balın hansısa variantıdır, amma vəziyyət belə deyil".
E.Hüseynov "daş duz" adı altında satılan, Ukrayna duzu olduğu iddia olunan xörək duzunun Azərbaycanda istehsal olunduğunu açıqlayıb. O, bu məhsulun göllərdən təsadüfi yığılmış duz olduğunu bildirib:
"Çox məşhur olan xörək duzu var, hər kəs onu alır. Ukraynadan gətirildiyi deyilir, amma Ukrayna ilə Azərbaycanın heç bir duz mübadiləsi yoxdur. Bu, Azərbaycanda istehsal olunur, təsadüfi göllərdən yığılmış duzdur.
Ölkədə yod defisiti xəstəliklərin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında qanun qəbul olunub. Qanunun 8.3 maddəsinə görə ölkənin əmtəə bazarında yodsuz duzun satışı, idxalı və ümumiyyətlə mövcudluğu qadağandır. Lakin təəssüflər olsun ki, ölkənin əmtəə bazarında yodsuz duzlar var.
Xarici ölkələrdən müxtəlif adlarda duz gətirilir, lakin yodsuzdur. Bu, qanun pozuntusudur".
19:58 / 27 Noyabr 2026
1
19:54 / 27 Noyabr 2026
19
19:49 / 27 Noyabr 2026
32
19:42 / 27 Noyabr 2026
50
19:38 / 27 Noyabr 2026
69
19:34 / 27 Noyabr 2026
170
19:26 / 27 Noyabr 2026
91
19:22 / 27 Noyabr 2026
75
19:09 / 27 Noyabr 2026
282
19:00 / 27 Noyabr 2026
66
18:45 / 27 Noyabr 2026
123
18:33 / 27 Noyabr 2026
103
18:25 / 27 Noyabr 2026
99
18:15 / 27 Noyabr 2026
113
18:08 / 27 Noyabr 2026
143
17:58 / 27 Noyabr 2026
126
17:30 / 27 Noyabr 2026
336
17:26 / 27 Noyabr 2026
156
17:07 / 27 Noyabr 2026
136
16:57 / 27 Noyabr 2026
132
16:38 / 27 Noyabr 2026
631
16:30 / 27 Noyabr 2026
148
16:22 / 27 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.